Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:48

Sargsian: 'Kimi seçirsiniz seçin...' [video]


Ermənistandakı seçki Qarabağ məsələsinə necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:14:19 0:00

Ermənistandakı seçki Qarabağ məsələsinə necə təsir edəcək? [video]

Bazar günü - aprelin 2-də Ermənistanda parlament seçkilərdir. Bu, həm də Ermənistanda, prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçidi nəzərdə tutan Konstitusiya islahatının növbəti mərhələsidir.

Ermənistandakı yeni siyasi vəziyyət Qarabağla bağlı sülh danışıqlarına necə təsir edəcək?

Bu haqda danışacağıq, hələlik Ermənistanın seçki mənzərəsinə nəzər salaq.

Buna da bax:​ Ermənistanın 'milli birlik' ideyası fonunda itirdikləri

Gagik Tsarukyan
Gagik Tsarukyan

Yerevanda Regional Araşdırmalar İnstitutunun rəhbəri Richard Kirakosian deyir ki, bu seçkidə iki əsas qüvvə var Gagik Tsarukyan və Serzh Sargsianın partiyaları. Martın 12-dən 19-a kimi Gallup-ın keçirdiyi rəy sorğuları göstərmişdi ki, Gagik Tsarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan koalisiyası hakimiyyət üçün əsas təhlükədir. Bu koalisiya hakim partiyanı daban-dabana izləyir. - 28 faiz səslə hakim partiyadan 1 faiz geridədir:

“Ermənistandakı parlament seçkilərində sürpriz olmur. Hakim Respublika Partiyası yəqin ki, səslərin çox hissəsini toplayıb parlamentə qayıdacaq. Amma seçkidə sürpriz məqamlar da var. Oliqarx Gagik Tsarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan koalisiyası hakim partiya üçün təhlükə yaradır. İkinci məqam isə budur ki, daha çox gənclərdən ibarət Parlaq Ermənistan və İctimai Müqavilə partiyaları nüfuzdan düşmüş müxalifət lideri Levon Ter Petrosyanı əvəzləyəcək”.

Buna da bax:​ Levon Ter-Petrosyan “torpaqların Azərbaycana qaytarılmasından” danışıb

Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan

Müxalifətə gəldikdə, Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi” isə parlament seçkisinə “Xalq Partiyası” ilə bir blokda "Qarabağda sülh və Azərbaycanla mehriban qonşuluq" çağırışı ilə gedir. Ter-Petrosyan deyib ki, Dağlıq Qarabağın ətrafında torpaqlar Azərbaycana qaytarılmalıdır.

“Kentron” telekanalına müsahibəsində Ter-Petrosyan deyib ki, dövlət cəmiyyəti ağrılı və çətin, amma zəruri qərarlara hazırlamalıdır.

Keçmiş prezident bəyan edib ki, əgər ölkənin hazırkı lideri Serzh Sargsian bu yolu tutsa, o da onun yanında dayanacaq.

"Ərazilərin qaytarılması nə bizdən, nə də Azərbaycandan yox, münaqişənin çözümü üçün müvəkkil edilmiş instansiyadan asılıdır. Əgər biz bunu könüllü şəkildə etməsək, bir gün bu torpaqları bizdən sanksiyalarla alacaqlar”.

Buna da bax:​ ATƏT danışıqlara yeni təkan veriləcəyinə ümid edir

Petrosyanın bu seçkidə şansı nə qədərdir? Yerevandan siyasi ekspert Richard Girokasyan deyir ki, azdır, çünki onun partiyası nüfuzdan düşüb.

Bakıda Atlas Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu da deyir ki, Ter-Petrosyanın Qarabağla bağlı bu fikirləri ona siyasi xal gətirməyəcək və indiki prezident Sargsian Ter-Petrosyanı irəli buraxmaz:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Bu, həyati əhəmiyyətli parlament seçkisidir. Bu parlament seçkisindən sonra əsas səlahiyyət prezident və baş nazirdə olacaq. Ona görə, Serzh Sargsian çalışır ki, qələbə çalsın, hətta saxtakarlıq hesabına olsa belə. Ola bilsin, heç özü də baş nazir olmasın".

Buna da bax:​ 'Sargsian Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb'

Bəs seçkilər Qarabağ sülh danışıqlarına necə təsir edə bilər? Əksər şərhçilərin bu mövzuda fikri üst-üstə düşür - ciddi dəyişiklik olmayacaq - çünki, əvvəla, Ermənistanda siyasi hakimiyyət çətin ki, dəyişə, ikincisi isə münaqişənin həlli daha çox Rusiyadan asılıdır.

Yerevandan Richard Kirokasian da deyir ki, rıçaqlar Rusiyanın əlindən çətin ki, çıxa. Amma Kirokasian ümid edir ki, uzun müddət üçün ümumilikdə Ermənistanın bu seçkisi Azərbaycana müsbət təsir göstərəcək. Çünki Ermənistanın demokratikləşməsi gözlənilir, bu isə güzəşt və imtiyazlar üçün mühitin yaranması deməkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG