Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 11:07

Ermənistanın 'milli birlik' ideyası fonunda itirdikləri


Ana Kyaram Sloyan Azərbaycan ordusu tərəfindən öldürülmüş oğlunu ağlayır. 10Apr2016.

Yerevanlı sosioloq Anna Zhamakochyan opendemocracy.net portalı üçün yazdığı məqalədə qeyd edir ki, Ermənistanda xarici təhlükə qarşısında milli birliyi qorumaq çağırışları hətta müxalifət daxilində hakimiyyətə qarşı tənqidi susdurur, rejimin siyasətinə dəstək verir.

Müəllif yazır ki, Ermənistanda “milli birlik" məfhumunun müzakirəsi 1980-90-cı illərdə Dağlıq Qarabağ ətrafında başlamış hərəkatla bağlıdır. Müzakirənin vaxtaşırı qızışması bu müzakirələri daha da alovlandırır.

Buna da bax:​ ATƏT-in Yerevan ofisini Bakı bağlayır ?

Məqalədə deyilir ki, 2016-cı ilin aprelində Ermənistanla Azərbaycan arasındakı "dörd günlük müharibə"də Azərbaycanın xeyrinə ərazi dəyişikliklərinin baş verməsi “milli birliyin" ən yeni dalğasını ilhamlandırıb. Münaqişə qızışanda hətta müstəqil jurnalistlər və xəbər qurumları da "milli birlik" ideyasını tərənnüm edirlər.

DƏYİŞİKLİYİN ÖNLƏNMƏSİ

Bəs "milli birlik" Ermənistanda ictimai-siyasi dəyişikliyin qarşısını necə alır? Müəllifin öz araşdırmasında verdiyi əsas sual budur.

2016-cı ilin aprelində Ermənistan hökuməti həm müharibənin "təbii", həm də Azərbaycanın əbədi düşmən olması ideyasını yeridə bildi.

Buna da bax: Belarusdan Ermənistana cavab

Bu müddət ərzində hakimiyyətə müxalif bir çox siyasi təşəbbüslər dərhal Ermənistanın hakim elitasının əsas ideologiyası ilə həmrəy oldular. Bura fərdlər, vətəndaş cəmiyyəti qrupları və mediada tənqidin susdurulması və özünüsenzura da daxildir.

Bu yanaşma dövlət qurumlarından hesabatlılıq tələb etmək cəhdlərini ertələdi, ya da ümumiyyətlə dayandırdı.

Ermənistan dövləti jurnalistlərə rəsmi məhdudiyyət qoymasa da, "təbii" özünüsenzura öz işini görürdü.

Buna da bax:​ Cəbhədə iri silahlar susmur

Katalikos Garegin II Dağlıq Qarabağda, 8Sen2016.
Katalikos Garegin II Dağlıq Qarabağda, 8Sen2016.

QADINA YARAŞMAYAN SUAL

2016-cı ilin aprelində hökumət yalnız bir dəfə bir media qurumunu hədələyib və cəzalandırıb. Söhbət müharibə əleyhinə postlar paylaşan ePress.am media saytından gedir.

Eskalasiyadan sonra ortaya çıxan bəzi tənqidi fikirlər və hesabatlılığa çağıran postlar da, dualar, arzular, hərbi geyimli qadın, kişi və uşaq şəkilləri, ölmüş və sağ əsgərlərin şəninə təriflərlə susdurulurdu.

Müəllif başqa bir maraqlı məqama da toxunur: hökuməti tənqid etmək qadın vətəndaşın "həddi" deyil. Bir qadın jurnalist polis rəisinə "gözəgörünməz" islahatların qeyri-effektivliyi barədə sual verəndə rəis onu təhqir edərək verdiyi sualın qadına yaraşmadığını demişdi. "Bu, Ermənistanın mühafizəkar patriarxal hökumətinin prinsipləridir. O, hər kəsin yerini və ölçüsünü onun mövcud statusu ilə ölçür, onlardan itaət tələb edir, "birliyi" əsas gətirərək hər hansı pozucu hərəkətləri susdurur", – deyə müəllif yazır.

Buna da bax:​ Ermənistanda Lapşinin Azərbaycana verilməsini ‘şillə’ hesab edirlər

Ancaq kritik anlarda "milli birlik" həm də elita üçün arzuolunmaz nəticələr verə bilər. Belə ki, düşmənə qarşı birləşən xalq bir gün onu əzən hakimiyyətə qarşı da çıxa bilər. 2016-cı ilin yayında Yerevanda Sasna Tsrer və polis binasının tutulması ətrafında baş verənlər buna əyani sübutdur.

DEQRADASİYANIN ƏSAS SƏBƏBİ

Müəllifin sözlərinə görə, Ermənistan müxalifəti bu zaman yaranmış durumdan layiqincə yararlana bilmədi. O bunu müxalifətin məhz "milli birlik" çərçivəsində qalması ilə izah edir. Hətta Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan belə açıq şəkildə prezident Serzh Sargsyanı dəstəklədi. O iddia etdi ki, xarici təhlükə qarşısında "milli birlik" naminə ölkənin daxili ziddiyyətləri kənara qoyulmalıdır.

Müəllif qeyd edir ki, Ermənistanda siyasi həyat "milli birlik" pafosunun tələsinə düşüb.

Buna da bax: Rusiya öz təyyarələrini Ermənistana “sırıyır”?

"Ermənistanda milli birlik ətrafında siyasi spekulyasiyaların öhdəsindən gəlməyin yeganə yolu sosial qrupların və siniflərin maraqlarının, iqtisadi əsasların və dövlət siyasətinin nəticələrinin nəzərə alınmasıdır", – deyə sosioloq yazır. O qeyd edir ki, Qarabağ uğrunda "əbədi müharibə" korrupsiya və rejimin davamlılığının və deməli, ölkənin siyasi və iqtisadi deqradasiyasının əsl səbəbidir.

Bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində 4-günlük toqquşmalar baş verib. Hər iki tərəf xeyli itki verib. Azərbaycan tərəfi həmin döyüşlər zamanı 2 min hektar ərazini işğaldan azad etdiyini bildirib. Bundan sonra münaqişənin nizamlanmasıyla bağlı danışıqlar intensivləşib. Vasitəçilər tərəfləri danışıqlarda kompromisə çağırsalar da, Azərbaycan və Ermənistan liderləri açıq bəyanatlarında bunun mümkün olmaması fikirlərini səsləndirirlər.

XS
SM
MD
LG