Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:11

Belarusdan Ermənistana cavab


Dimitri Mironçik
Dimitri Mironçik

“Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”ndan çıxmaq fikrində deyil”.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, belə bir bəyanatla Belarus xarici işlər nazirliyinin sözçüsü Dimitri Mironçik Ermənistan parlamentində səslənən şağırışlara cavab olaraq çıxış edib.

Ermənistanlı deputatlar rusiyalı bloqqer Aleksandr Lapşini Azərbaycana verdiyinə görə, Belarusu bu təşkilatdan çıxarmağa çağırıblar.

Qeyd edək ki, Rusiyanın başçılq etdiyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”na digər keçmiş sovet respublikalarından Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.

Mironçik qeyd edib ki, bu təşkilatda iştirak edib- etməmək könüllüdür və Belarusun suveren seçimidir.

Sözçü deyib ki, Belarus Aleksandr Lapshini Azərbaycana verməklə üzərinə götürdüyü beynəlxalq öhdəliyi yerinə yetirib.

İsrail KİV-lərinin məlumatına görə, Aleksandr Lapshinin anası oğlunun məhkəməsində iştirak etmək üçün yaxın vaxtlarda İsraildən Bakıya gəlməyi planlaşdırır.

Qeyd edək ki, Aleksandr Lapshinin Rusiya və İsrail vətəndaşlığı var.

Belarusun Ali məhkəməsi ötən çərşənbə axşamı Lapshinin Azərbaycana verilməsilə bağlı əvvəlki məhkəmə istansiyasının qərarını qüvvədə saxlayıb və bloqqer elə həmin gün Azərbayacana verilib.

Alexander Lapshin
Alexander Lapshin

Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.

Bloqqerin axtarışa verilməsinə səbəb, Azərbaycan hökumətinin icazəsi olmadan Qarabağa səfər etməsi, üstəlik, bloq yazılarında Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırmasıdır.

O, 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanməşdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG