Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:14

İranlı fəal: 'Hassan Rohani söz vermişdi, amma sözünü tutmadı'


İranlı qadın Hassan Rohaninin plakatını tutub
İranlı qadın Hassan Rohaninin plakatını tutub

İranda türklərin üstünlük təşkil etdiyi şəhərlərin çoxu 19 may prezident seçkilərində Hassan Rohani-yə səs verib. Bunu həmin ölkədə yaşayan siyasi fəal Heydər Bayat söyləyir.

Səbəb nədir? Ötən seçkilərdən öncə prezidentliyə namizəd kimi Rohani bu ölkədə yaşayan türklərə böyük vədlər vermişdi, ana dilində məktəblərin açılmasından tutmuş, Urmu gölünün qurumasının önlənməsinə qədər böyük vədlər vardı. Ancaq birinci prezidentliyi dönəmində Rohani bu sözləri tutmadı. İranda yaşayan türklərin bu dəfə ona dəstək olmasının sirri nədədir? Bu dəfə Rohani-dən nə gözləyirlər?

AzadlıqRadiosu bununla bağlı suallarını İranda yaşayan ictimai-siyasi fəal Heydər Bayat cavablayıb:

Buna da bax:​ İranlılar Rohaninin prezident seçilməsini belə qeyd elədilər

Heydər Bayat
Heydər Bayat

– Doğrudur, Hassan Rohani söz vermişdi, amma sözünü tutmadı. Sözünü tutmaması bəlkə də onunla bağlıydı ki, bu məsələlərin hamısının həlli heç də onun əlində deyildi və bəlli qurumlar buna icazə vermədilər. Verilən vədlərdən biri dil qurumunun yaradılması idi. Amma bu sözü versə də, yerinə yetirmədi. Bu dəfəsə heç bu sözü belə vermədi. O üzdən də biz ikinci prezidentliyi dönəmində Rohani-dən çox şey gözləmirik. Bəlkə sıxıntılar azalar, xüsusi məqsədlərə izn verilə, bəzi şəhərlərdə qısıtlı, məhdud biçimdə dərsliklər çap oluna, amma geniş bir gedişat, irəliləyiş gözləmirik.

– Dediniz ki, bəzi sıxıntılar azala bilər. Nəyi nəzərdə tutursunuz, Heydər bəy?

– Bilirsiniz ki, İranda bizim fəallarımız çox ağır cəzalar alıblar, bəziləri 10 il, 12 il azadlıqdan məhrum edilib. Rohani dönəmində mədəni toplum, vətəndaş toplumu bütün olaraq açıla bilmədi. Khatami zamanındakı duruma qayıda bilmədi. Və bizim İran Azərbaycanında 10-12 il hökm yeyənlərimiz oldu, Ana dili günündə müxtəlif şəhərlərimizdə çoxlu insanlarımız tutuldu. Hətta bir kərəsində 100-dən artıq insanımız həbs edildi. Bu həbslər sanıram azala bilər və ədəbi, kültürəl dərnəklər çoxala bilər, sanıram bu yöndə azadlıqlar təmin olunacaq.

Buna da bax:​ Tillerson nəhayət iranlı həmkarıyla danışacağını deyir

– Nəyə görə belə ümidli danışırsınız? Siz həbsdəki fəalların da buraxılmasını gözləyirsinizmi?

– Demirəm azadlığa buraxa bilərlər, ancaq düşünürəm, bundan belə insanlarımıza ağır hökm verməzlər, təzyiqlər aradan qalxa bilər. Mən belə düşünürəm.

Heydər Bayat: "İranda türklərin üstünlük təşkil etdiyi şəhərlərin çoxu Hassan Rohani-yə səs verib"
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00
Direct-ə keçid

– Belə düşünmənizə səbəb nədir?

– Ona görə ki, indi İranda islahatçılar ölkənin gələcəyinə inanır, onun dəyişəcəyini düşünürlər. İndiyə kimi onlar İranın gələcəyinə tam ümidsiziydilər. Amma indi düşünürlər ki, dövləti əllərinə ala bilərlər. Nədənsə, indi islahatçılar ümidlidirlər. Ona görə də milli azlıqlarla, başqa kəsimlərlə müəyyən mənada işbirliyinə gedəcəklərini gözləmək olar.

Buna da bax:​ Hassan Rohani bir daha İran prezidenti seçildi

– Rohani mayın 19-da seçicilərin 50 faizdən çoxunun səsini aldı. İranda yaşayan türklər budəfəki seçkilərdə daha çox kimə dəstək verdilər?

– Urmu, Təbriz, Ərdəbil, Tehran türklərin şəhəri olaraq Rohani-yə səs verdilər, kürdlər, ərəblər, bəlucların da çoxu Rohani-ni seçdilər. İranda sivil toplum və böyük şəhərlərdə yaşayan toplum hiss edir və görür ki, bu ölkədə azadlıqların, demokratiyanın təməlləri yox olmaqdadır. Düşünürlər ki, Rohani-yə səs verməklə bu təməlləri saxlaya bilərlər. İndiki dövrdə azadlıqların, demokratiyanın bünövrəsini qoruyub saxlamaq önəmli məsələyə çevrilib. Və belə düşünürlər ki, Rohani bu işin öhdəsindən gələ bilər. Ancaq başqa namizədin hakimiyyət başına gələcəyi halda bu dəyərlər, bu bünövrə təhlükəylə üzləşər, xətər görər.

Buna da bax:​ Rohani-dən avtoritarizm xəbərdarlığı

– Bəs Urmu gölünün qurumasını əngəlləmək üçün hansısa addımlar atıla bilərmi?

– Rohani-nin bu məsələylə bağlı bəlkə bəzi addımlar atması mümkündür. Çünki ekoloji bir faciə yaşanmaqdadır. Bütün göllərə, yeraltı sulara, çaylara meşələrə görə tədbir görməlidirlər, yoxsa İranı başdan-ayağa tozla duz başına götürəcək. Böyük şəhərlərdə toz problemi var və bu da insanların yaşamasına problem yaradır. Bu problem gərək həll oluna. Sanıram ki, Urmu gölü də bunun içində, bəzi addımlar atıla bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG