Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:44

Hassan Rohani bir daha İran prezidenti seçildi


Hassan Rohani
Hassan Rohani

İranda keçirilən prezident seçkisində indiki prezident Hassan Rohani qalib gəlib.

Bu barədə İranın dövlət televiziyası mayın 20-də daxili işlər nazirliyinin nümayəndəsinə istinadla məlumat verib.

Məlumata görə 68 yaşlı mötədil-islahatçı prezident 58-faizə yaxın səs toplayıb.

Rohaninin əsas mühavizəkar rəqibi, keçmiş prokuror Ebrahim Raisi isə 15 faizdən bir qədər artıq səs toplayıb.

Qalan iki namizəd isə 1 milyondan az səs toplayıblar.

Cümə günü İranda keçirilən prezident seçkisində 40 milyondan çox seçici iştirak edib, seçici fəallığı 70 faizdən yüksək olub.

Bu göstərici təxminən 2013-cü ildə keçirilən seçki ilə eynidir.

Rohani həmin vaxt qalib gələndə ölkəni beynəlxalq təcrid vəziyyətindən çıxaracağını və azad cəmiyyət yaradacağını vəd eləmişdi.

Qeyd edək ki, həqiqətən də onun prezidentliyinin birinci müddəti dövründə İranla aparıcı dünya ölkələri Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq saziş əldə etdilər və bundan sonra İrana qarşı tətbiq edilən sanksiyaların demək olar ki, əksəriyyəti aradan qaldırıldı.

Ebrahim Raisi isə mühavizəkar və güzəştə getməyən dini xadimdir.

İranda prezident, seçilən ali vəzifəli şəxs və icra hakimiyyətinin başçısıdır.

Amma əsas hakimiyyət ölkənin ali dini lideri Ayatollah Ali Khameneinin əlindədir.

Ölkənin silahlı qüvvələri, məhkəmə sistemi, dövlət televiziyası və digər vacib dövlət təşkilatları onun nəzarətindədir.

Həmçinin ölkənin xarici siyasətini ali dini lider müəyyən edir.

Buna da bax: "İranda səsvermə daha 2 saat uzadılıb"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG