Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 07:43

İranda səsvermə daha 2 saat uzadılıb


Tehran, 19 may 2017-ci il

İranda hakimiyyət prezident seçkilərində səsverməni daha 2 saat artırıb. Səbəb səsverməyə gələn seçicilərin çoxluğu ilə bağlıdır.

Seçkidə əsas rəqiblərin hazırkı prezident, mərkəzçi-islahatçı Hassan Rouhani və ali dini lider Ali Khamenei-yə yaxın Ebrahim Raisi-nin olduğu bildirilir.

Səsvermənin ilkin nəticəsinin bazar günü – mayın 21-də açıqlanacağı gözlənilir.

Əgər namizədlərdən heç biri səslərin 50-ini toplaya bilməzsə, gələn həftə seçkinin ikinci mərhələsi baş tutacaq.

Bu gün İranda keçirilən prezident seçkisi 1979-cu il İslam İnqilabından sonra ölkədə baş tutan 12-ci seçkidir.

Seçkidə 6 namizəd ölkə başçısı olmaq uğrunda mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG