Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:02

Rohani-dən avtoritarizm xəbərdarlığı


İranda prezidentliyə namizədlər

İran prezidenti Hassan Rohani iranlılara xəbərdarlıq edib ki, sərt-xətt tərəfdarı olan rəqiblərinə səs verərlərsə, ölkədə daha böyük avtoritarizm bərqərar olar. Əsas rəqibi Ebrahim Raisi isə Rohani-nin iqtisadi siyasətini tənqid edib.

Rohani və Raisi aprelin 29-da ayrı-ayrı yürüşlərdə çıxış ediblər. Bir gün öncə isə televiziyada debata çıxıblar.

İranda prezident seçkisi mayın 19-da keçiriləcək.

Buna da bax:​ İranda 1600 nəfər prezidentliyə namizəd olmaq istəyir

Rohani ikinci dəfə prezident seçilməyə iddialıdır. O, Yəzd şəhərində çıxışında deyib ki, “onların ölkəyə təhlükəsizlik və polis mühitini qaytarmasına imkan verməyəcəyik”.

“İranlılar mayın 19-da seçkidə dünyaya sübut edəcəklər ki, ölkəmizdə zorakılıq, ekstremizm və təzyiq erası bitir və İran məntiq yolunu tutmağa başlayıb”.

Raisi isə Tehran stadionunda mitinqdə Rohani-ni ölkə iqtisadiyyatına görə tənqid edib.

Buna da bax: İran seçkiləri: 5 arvadlı molla, qalstuklu və 3 yaşlı qız namizəd...

“Bu gün gənclərimizin 30 faizi işsizdir, işsizlik 12 faizdən yüksəkdir. Bu vəziyyət davam etməlidirmi? Əcnəbilərin problemlərimizi həll edəcəyini gözləməliyikmi?” – Raisi deyib.

O, ölkənin “zəif idarəçilik üzündən qəbuledilməz durumla” üzləşdiyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG