Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:10

Ekspert: '2017-də yeganə yaxşı hal neftin bahalanmağı oldu...'


Bakıda çilçıraq mağazası vitrinində yazı.
Bakıda çilçıraq mağazası vitrinində yazı.

‘Uğur’, yoxsa ‘tənəzzül’ ili?

Prezident İlham Əliyev Azərbaycanın 2017-ci ili iqtisadi baxımdan uğurla başa vurduğunu deyir:

“Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb. Budur əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir”.

Buna da bax: İlham Əliyev: ‘İli uğurla başa vururuq’

O, eyni zamanda bildirib ki, hökumətin əsas məqsədlərindən biri də yerli istehsalın artması, iş yerlərinin yaradılması və idxaldan asılılığın azalmasıdır.

Dövlət başçısı il ərzində buna bənzər çıxışlar edərək böhranın geridə qaldığını bəyan edib.

Natiq Cəfərli
Natiq Cəfərli

Yerli iqtisadçılarsa bu fikirlərlə razılaşmırlar. Onlar bu il də tənəzzülün davam etdiyi qənaətindədirlər. Məsələn, iqtisadçı Natiq Cəfərli bu ili prezident kimi “uğurlu” adlandıra bilmir. Səbəbini də izah edir: “Bu gün ölkədə ümumdaxili məhsulda azalma müşahidə olunur. Düzdür, ötən ilə baxanda bu azalmanın sürəti düşüb. Keçən il ÜDM 3,8 faiz azalmışdısa, bu il 0,5 faiz azalıb. ÜDM makroiqtisadi, uğur göstəriciləri arasında ilk pillədə yer alır. Amma əgər iqtisadiyyatda daralma hiss olunubsa, iqtisadi artım yoxdursa, onu uğurlu il adlandırmaq çətindir”.

Buna da bax: İqtisadçı: ‘Dollarlaşma səviyyəsi kifayət qədər yüksəkdi...’

Başqa bir iqtisadçı Nemət Əliyevsə rəsmi rəqəmlərə, bu ilin 11 ayının statistik göstəricilərinə əsaslanaraq 2017-ci ildə iqtisadi tənəzzülün artdığını deyir. Onun sözlərinə görə, uğurdan o halda danışmaq olardı ki, iqtisadiyyat böyüyərdi, əhalinin həyat səviyyəsi yaxşılaşardı.

Nemət Əliyev
Nemət Əliyev

“Banklar əllərindəki əmanət və depozitlərin faktiki 40 faizini istifadə edə bilməyiblər”

Buna da bax: «Bütün günü iş gözləyirik»

“Bütünlükdə ölkənin real sektorunda tənəzzül yaşanır. Bütün bu mənfi tendensiyalar Azərbaycan iqtisadiyyatının ötən ilə nəzərən daha da kiçilməsinə səbəb oldu. Səbəb də nədir. Hökumət 11 ayda ölkə iqtisadiyyatına investisiyaları gərəkən səviyyədə təşviq edə bilmədi. Kapital qoyuluşunda kəskin azalmalar özünü göstərdi. Həm yerli, həm də xarici investorların investisiya qoymasını stimullaşdırmaq mümkün olmadı. Onlar öz vəsaitlərini Azərbaycandan çıxarmaqda davam etdilər. Növbəti səbəb bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Mərkəzi Bankdan, Dövlət Neft Fondundan, dövlət büdcəsindən bu məqsədlə milyardlar ayrılsa da, ortada real nəticələr olmadı. Bankların yerli iqtisadiyyata kredit qoyuluşu 23 faiz azalıb. Mərkəzi Bankın açıqlamaları əsasında demək olar ki, banklar bacarıqlarını o dərəcədə itiriblər ki, əllərindəki əmanət və depozitlərin faktiki 40 faizini istifadə edə bilməyiblər. Əhalidən və hüquqi şəxslərdən cəlb olunan 20 milyard manat vəsaitin cəmi 12 milyard manatını istifadə ediblər”, – Nemət Əliyev belə düşünür.

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

“Kredit qoyuluşunda 4 milyard manat azalma”

İqtisadçı Natiq Cəfərli də qeyd edir ki, 2017-ci ildə həm kreditlərin verilməsində, həm də problemli kreditlərin yığılmasında ciddi problemlər davam edib. Onun sözlərinə görə, son bir ildə həm problemli kreditlərin həcmi artdı, həm də iqtisadiyyata kredit qoyuluşunda 4 milyard manata yaxın azalma baş verib. İqtisadçı həm də elə bu rəqəmə söykənərək başa çatmaqda olan ili “uğurlu” saya bilmir.

Yeganə yaxşı hal – neft bahalandı

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

Natiq Cəfərliyə görə, 2017-ci ildə yeganə yaxşı hal neftin qiymətinin təxminən 30 faiz artmasıdır ki, bu da hökumətin “əlini xeyli rahatlatdı”:

“Nəticədə həm valyuta gəlirləri artdı, həm də makroiqtisadi sabitlik yarandı. Amma bütün bunlar hökumətin apardığı siyasət nəticəsində baş vermədi. Növbəti dəfə neft sayəsində mümkün oldu”.

İqtisadçılar həmçinin manatın məzənnəsində sabitlik yaranmasını da xüsusi qeyd edirlər. Ancaq dərhal da əlavə edirlər ki, bu, inzibati yolla mümkün olduğundan durum təhlükəlidir.

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Nemət Əliyevsə ona diqqət yetirir ki, manat sabitləşsə də, neftin qiyməti artsa da, əhalinin sosial vəziyyəti bu il də yaxşılaşmayıb, əksinə pisləşib.

“Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq mallarının qiymətində 17 faizdən, qeyri-ərzaq mallarının qiymətində 12 faizdən çox artım var, xidmət sahəsində qiymətlər 9,6 faiz bahalaşıb. Bu artım əhalinin sosial vəziyyətinin ağırlaşmasına səbəb olub. Orta əməkhaqqı 6,4 faiz artsa da, ümumi istehlak mallarının qiyməti daha çox - 13 faiz yüksəlib. Bu da həmin maaş, müavinət artımlarını heçə endirib. Alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində əhalinin sosial vəziyyətində 7 faiz pisləşmə baş verib”.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

“2018-ci ildən durum dəyişəcək”

Vahid Əhmədov
Vahid Əhmədov

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bir qədər öncə AzdlıqRadiosuna demişdi ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün “ağır ildir, islahatların başlandığı ildir”: “Və burda risk həddən artıq çoxdur. Bunun bəhrəsini 2018-2019-cu illərdə görmək mümkün olacaq”.


Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Vahid Əhmədovsa əmindir ki, 2018-ci ildən ölkə iqtisadiyyatında durum dəyişəcək: “Qeyri-neft sektorunda işlər görülür, sənaye məhəllələri, sənaye parkları istifadəyə verilir, o cümlədən kənd təsərrüfatına əlavə vəsait qoyulur və sairə. Bütün bunlar 2018-ci ildən ÜDM-də artım yarada bilər”.

Buna da bax: BMT: Azərbaycan yeganə MDB ölkəsidir ki…

Qeyd edək ki, BMT-nin ötən həftə açıqladığı hesabatda da Azərbaycanın bu il ÜDM-nin azaldığı yeganə MDB ölkəsi olduğu qeyd edilir, bu, neft hasilatının azalması, maliyyə sektorundakı problemlərlə izah olunurdu. Ölkədə ÜDM-nin bu il 1 faiz azaldığı, gələn ilə 1,8, 2019-cu iləsə 2,3 faiz artım proqnozlaşdırıldığı vurğulanırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG