Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 15:45

Sahibkarlara istehsal avadanlığını gömrükdən rüsumsuz keçirmək imkanı verən investisiya təşviqi sənədləri verilib.

Bu layihələrin icrası nəticəsində qurulacaq müəssisələrə 1 milyard manat sərmayə qoyulacaq, 6 min 700 yeni iş yeri açılacaq.

«İnvestisiya təşviqi sənədi olmasaydı, istehsal müəssisəsi qurmaq üçün tələb edilən avadanlığı xaricdən gətirməyə görə 95 min dollar vergi ödəməli olacaqdıq. Dəyəri 417 min dollar olan avadanlığı gətirdik və qurduq. İndi bazara yüksək keyfiyyətli sürtgü yağları çıxarırıq», - «Techniol» MMC-nin nümayəndəsi Pərviz Əzimov AzadlıqRadiosu-na danışır.

Buna da bax:​ 'Yüksək inflyasiya yoxsulluğu artıracaq'

Şirkət buna investisiya təşviqi sənədi almaq sayəsində nail olub. Ötən il istehsal fəaliyyəti ilə məşğul olmaq istəyən 79 sahibkar bu fürsətdən yararlanıb.

84 investisiya layihəsi bəyənilib

İqtisadiyyat nazirliyinin aparat rəhbəri Samir Vəliyev AzadlıqRadiosu-nun sorğusuna cavab olaraq bildirib ki, sahibkarların quruma təqdim etdiyi çoxsaylı layihələrin 84-ü müsbət cavab alıb və onlara istehsal avadanlığını gömrükdən rüsumsuz keçirmək imkanı verən investisiya təşviqi sənədləri verilib. Bu layihələrin icrası nəticəsində qurulacaq müəssisələrə 1 milyard manat sərmayə qoyulacaq, 6 min 700 yeni iş yeri açılacaq.

Buna da bax:​ SOCAR Monteneqrodakı investisiya şirkətindən çıxıb

Sərmayə hara yatırılacaq?

Nazirlikdə layihələrin iqtisadiyyatın müxtəlif sahələrinə aid olduğunu deyirlər. Onların arasında kənd təsərrüfatına (intensiv bağçılıq, bostançılıq və çayçılıq, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması) yönəlik olanı da var, sənaye üsulu ilə balıq yetişdirilməsini, qida məhsulları və içki istehsalını nəzərdə tutanı da. Lakin ən iri sərmayə tutumlu layihələr metallurgiya və toxuculuq sənayesi, tikinti materialları, rezin və plastmas məmulatı, kompüter və digər elektron avadanlığı istehsalı ilə bağlıdır.

Qurum investisiya təşviqi sənədi almış sahibkarlıq subyektlərinin adları, onların təqdim etdiyi layihələr haqqında sualları cavabsız qoyub.

Buna da bax:​ 'Daşkəsən Filizsaflaşdırma'ya investor tapılmayıb

Güzəşt qazanan şirkətlər

Daha öncə investisiya təşviqi sənədi alan şirkətlər arasında «Şəmkir Aqropark» MMC («Synergy Group»), «Deutsche Fassaden Technologien» MMC («Akkord» korporasiyası), «Karvan-L Eko» MMC, «Rich-S.A» MMC, «Mətanət-A» MMC, «Buta Group» MMC-nin adları çəkilir.

İnvestisiya təşviqi sənədi alan sahibkar mənfəət və gəlir vergisinin 50 faizini, əmlak və torpaq vergisini, idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV və idxal rüsumlarını ödəməkdən 7 illiyinə azad olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG