Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:20

SOCAR Monteneqrodakı investisiya şirkətindən çıxıb


Monteneqro. Adriatik dənizi sahilləri.
Monteneqro. Adriatik dənizi sahilləri.

İki il öncə Monteneqrodakı lüks otel kompleksi tikintisi layihəsindən çıxan SOCAR investisiya şirkətində iştirakını saxlamışdı. SOCAR-ın Niderlandda qurduğu «Saiph Holding BV» şirkəti yenə «Azmont Investments»dəki səhm payının 0,01 faizinə nəzarət edirdi.

«0,01 faiz neçəyə satılıb» sualı cavabsız qalır

İndi isə məlum olur ki, SOCAR yanvar ayında bu cüzi payı da «Azerbaijan Global İnvestments» MMC-yə satıb və layihəni tam tərk edib.

Buna da bax:​ “Azmont”un görünən və görünməyən üzü

SOCAR nə əvvəlki, nə də son səhm satışından qazandığı vəsait haqqında məlumat verib. «Azerbaijan Global İnvestments» (AGI) MMC-nin Bakı ofisi isə telefon zənglərinə cavabsız saxlayır.

Payçılar yox, sərmayə də dəyişir

Hazırda AGI Hersoq-Novidəki (Monteneqro) «Portonovi» turizm kompleksinin tək sahibidir. Şirkət «Azmont Investments»in nizamnamə kapitalını daha 46 milyon 967,4 min avro artıraraq, 151 milyon 967,4 min avroya çatdırıb.

Buna da bax:​ Monteneqrodakı Azərbaycan bankı adını dəyişdi

İlk mərhələsi bu il tamamlanacaq «Portonovi» layihəsinin özü də son bir ildə 2 dəfədən çox bahalaşıb. İndi sərmayəçi onun, razılaşmada deyildiyi kimi, 258 milyon avroya yox, 650 milyon avroya başa gələcəyini deyir.

Üç holdinqin birgə layihəsi

«Azmont Investments» şirkətinin Direktorlar Şurasında da dəyişiklik olub. Şuraya Nəriman Sərdarlı gəlib. O, «Paşa Development» MMC-nin («Paşa Holding» MMC-nin törəmə şirkəti) direktorudur.

Buna da bax: Azərbaycan kapitallı lüks kurortda evlər satışa çıxarıldı- VİDEO

«Azerbaijan Global İnvestments» MMC 2013-cü ildə yaradılıb. «Portonovi» açıqlanan nizamnamə kapitalı 100 min manat olan bu şirkətin ictimaiyyətə bəlli yeganə layihəsidir. Şirkətdə pay bölgüsü belədir: «Paşa Development» MMC - 35 faiz, «AtaHolding» MMC - 33 faiz və «Synergy Group» MMC – 32 faiz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG