Yanvarın 30-u və 31-də ölkə ərazisində azı iki intihar olayının baş verdiyi bildirilir.
Report-un xəbərinə görə, yanvarın 30-da Bakıda 35 yaşlı kişi özünü asıb.
Şüvəlan qəsəbəsi sakini, yeni tikilən evlərdən birində gözətçi işləyən 1982-ci il təvəllüdlü Anar Quliyevin özünə qəsd etdiyi deyilir.
Yanvarın 31-də isə Qubada 56 yaşlı kişinin intihar etdiyi söylənir.
Buna da bax: Psixoterapevt Dəyanət Rzayevin intihar etdiyi xəbər verilir
1961-ci il təvəllüdlü Nazim Ağacan oğlu Allahverdiyevin 223-cü Atıcı Diviziyası küçəsindəki fərdi yaşayış evində özünü öldürdüyü bildirilir.
Olayların səbəblər açıqlanmır.
Xatırlatma
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsindən APA-ya verilən məlumata görə, 2016-cı ildə Azərbaycanda 327 intihar olayı qeydə alınıb. Şöbədən bildirildiyinə görə, intiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub. Onların sayı isə 470 nəfər təşkil edib.
Buna da bax: İntihara meylli adamlarla necə davranmalı? [video]
Daxili İşlər Nazirliyindən isə bildirmişdilər ki, ötən ilin təkcə 9 ayında ölkədə özünü öldürmə həddinə çatdırmaqla bağlı 500 cinayət işi açılıb.
Ekspertlər intiharlarla bağlı ölkədə ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə hökumət orqanları bəzi hallarda intiharların gerçək səbəblərini açıqlamırlar.