Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 12:37

Psixoterapevt Dəyanət Rzayevin intihar etdiyi xəbər verilir


Dəyanət Rzayev

Yanvarın 25-də axşam saatlarında psixoterapevt Dəyanət Rzayevin meyidi yaşadığı evində aşkar edilib. Ailə üzvlərinin APA-ya verdiyi məlumata görə, anası onun telefon zənglərinə cavab vermədiyini gördükdə yaşadığı ünvana gəlib və 46 yaşlı Dəyanət Rzayevin meyidini evdə aşkar edib.

Yerli informasiya vasitələri Dəyanət Rzayevin kəmərlə özünü asması haqqında xəbərlər yayırlar. Amma hələlik ölümün səbəbləri barədə hüquq-mühafizə orqanlarından rəsmi məlumat yoxdur.

Dəyanət Rzayev yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları özünə qəsddən çəkindirirdi. Bu mövzuda o bir neçə dəfə AzadlıqRadiosunun da verilişlərində qonaq olmuşdu.

Onun bu mövzuda fikirləri ilə aşağıdakı keçidlərdə tanış ola bilərsiz:

Canına qıyan vətəndaş - o kimdir?

"İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"

"İnsanlar özlərini heç kim hiss edir"

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG