Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 05:13

İntihara meylli adamlarla necə davranmalı? [video]


İnsanın intiharını hansı hərəkətlərindən bilmək olar?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

İnsanın intiharını hansı hərəkətlərindən bilmək olar? [video]

Azərbaycanda "intiharlar artır" müzakirələrini tanınmış psixoloq Dəyanət Rzayevin ölüm xəbəri yenidən gündəmə gətirdi.

Media yazır ki, psixoloq yanvarın 25-də intihar edib. Hələlik işlə bağlı cinayət işi açılıb.

Intiharlar 4-5 dəfə artıb

Ölkənin baş psixoloqu, professor Nadir İsmayılov AzadlıqRadiosu-na deyib ki, ölkədə sosial-iqtisadi durum pisləşdikcə, intiharların sayı artır.

Buna da bax:​ Psixoterapevt Dəyanət Rzayevin intihar etdiyi xəbər verilir

Bəs ətrafdakı adamların intihar edə biləcəyini əvvəlcədən anlamaq, onlara kömək etmək olarmı?

İntihar haqqında danışan və ya depressiyada olan adamla necə davranmalı?

Depressiyada olan adamla necə davranmalı?

Psixoloq Elmir Əkbər deyir ki, əgər adamın davranışı və əhvalı əvvəlkindən fərqlidirsə, daha passivdirsə, əvvəlki maraqlarını itiribsə, narahat olmağa dəyər:

“İnsanı həyatda yaşadan onun həyatının mənasıdır. Görürsünüzsə ki, bu insan həyatının mənasını itirdiyini dilə gətirir və ya görürsünüzsə ki, bu insan həyatının mənasını itirdi, onun başqa şikayəti olmasa belə şübhələnə bilərsiz ki, bu insan özünə qəsd edə bilər. Ümumiyyətlə isə insanı depressiyaya salan səbəblərdən biri həyatının mənasının, hədəfini itirməsidir”.

Buna da bax:​ Dəyanət Rzayev özü bir neçə gün öncə ümidsizlikdən danışırmış...

Elmir Əkbər deyir ki, özünə qəsdin əsas səbəblərindən biri depressiyadır. Psixoloq məsləhət görür ki, insanlar həyatını mənalandıran səbəbləri, hədəfləri müxtəlif etsinlər ki, ruhi sarsıntılardan qoruna bilsinlər.

Onun sözlərinə görə, bu, müxtəlif hobbilərlə məşğul olmaq, ev heyvanlarının, ev bitkilərinin qayğısına qalmaq ola bilər.

Amerikalılar intiharın qarşısını necə alır?

ABŞ-ın Milli Ruhi Sağlamlıq İnstitutu tövsiyə edir ki, depressiyada olan yaxınların yanında olmaq, onlara dəstək vermək lazımdır. İnstitutun məsləhət verir:

– Emosional dəstək, anlayış, səbir nümayiş etdirin;
– Onunla danışın, diqqətlə dinləyin;
– Onun düşüncəsinin yanlış olduğunu deməyin, bu fikirlərə sayğıyla yanaşdığınızı göstərin, amma ona həm də reallıqdan da danışın, ümid verin;
– O, intihardan danışırsa, bunu qətiyyən qulaqardı etməyin, həkimə məlumat verin;
– Onu gəzintiyə, birgə əylənməyə dəvət edin, amma bunu etməsi üçün basqı etməyin;
– Kömək edin ki, həkimlə görüş təyin eləsin.

Buna da bax:​ İntihara əl atmış qızla söhbət

İnstitut bildirir ki, qadınlar və kişilər depressiyanı fərqli yaşayır- qadınlar kədərlənir, özünü günahkar və ya dəyərsiz hiss edirsə, kişilər həmişəki əyləncələrinə marağı itirir, yatmaqda çətinlik çəkirlər. Kişilər adətən intihar haqqında danışmırlar.

ABŞ Milli Ruhi Sağlamlıq İnstitutu tövsiyə edir ki, depressiyada olan adam onu olduğu kimi qəbul etdiyinizi, onun yalnız olmadığını tez-tez demək lazımdır.

Bakı sakinləri intiharlar barədə nə düşünür?

Adamlar niyə intihar edir?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Psixoloq Elmir Əkbər deyir ki, Azərbaycanda tibbi xidmət zəifdir. Yəni, əgər ailə və dostlar müəyyən etsə ki, insan depressiyadadır və canına qıymaq haqqında düşünür, onun müraciət edəcəyi yerlər azdır. Ölkədə aktiv inam telefonu olmalıdır, dövlət xəstəxanalarında isə pulsuz psixoloq xidməti olmalıdır ki, ən ucqar kənddə də ruh halının dəyişdiyini hiss edən insan müalicə edilib, sağala, intihar fikrindən daşına bilsin.

XS
SM
MD
LG