Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:16

Interpol Alisher Usmanova görə jurnalisti axtarmayacaq


Alisher Usmanov
Alisher Usmanov

Interpol Rosbalt agentliyinin Latviyada sığınacaq almış jurnalisti Aleksandr Shvaryov-un axtarışından imtina edib.

Rusiyada onu milyarder Alisher Usmanova böhtan atmaqda və ondan pul qopartmaq cəhdində ittiham edirlər.

Beynəlxalq polis təşkilatı bildirib ki, jurnalistin siyasi səbəblərdən təqib olunduğu qənaətindədir.

Bu barədə Shvaryov-un vəkili məlumat verib.

Shvaryov-a qarşı cinayət işi o, Usmanovun cinayətkar aləmlə mümkün bağlarından yazdıqdan sonra qaldırılıb.

Jurnalistin yazdığı məqalələrdə iddia edilirdi ki, Rusiyanın ən varlı adamlarından biri olan Usmanov kriminal aləmdə Solntsev qrupu kimi tanınan icma və onun başçısı – Yaponçik ayamalı “qanuni oğru” Vyacheslav Ivankovla, habelə nüfuzlu işadamı, Tayvançik ləqəbi ilə tanınan Alimzhan Tokhtakhunov-la əlaqələrdə olub.

Jurnalistin yazdığına görə, Usmanov Moskvanın mərkəzində, Roçdelski küçəsindəki restoranla bağlı münaqişədə dolayısı ilə iştirak edə bilərdi.

Bu münaqişənin nəticəsində Cavan Şakro kimi tanınan “qanuni oğru” Zakhary Kalashov həbsxanaya düşüb.

Bu məqalələrəin kənar resurslarda dərc olunmasına baxmayaraq, 2019-cu ilin aprelində Rosbaltın Moskvadakı redaksiyasında Usmanovun iddiası ilə başlanmış cinayət işinin çərçivəsində axtarış aparılıb.

Elə həmin vaxt polis jurnalistin evində də axtarış aparmışdı.

2019-cu ilin noyabrında Moskva məhkəməsi jurnalisti qiyabi həbs edib.

Aleksandr Shvaryov təqsirsiz olduğunu bildirir.

Usmanov onun cinayət aləmi ilə bağlılığını iddia edən yazılardan bəzilərini məhkəmə qərarı ilə internetdən sildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG