Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Britaniya Putinə yaxın 6 biznesmenə qarşı sanksiya tətbiq edilməsini istəyir


Vladimir Putin və Alisher Usmanov
Vladimir Putin və Alisher Usmanov

Britaniya kəşfiyyatı, Rusiya prezidenti Vladimir Putinə yaxın 6 iş adamına qarşı sanksiya tətbiq edilməsini təklif edir.

Bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.

Britaniya kəşfiyyatı hesab edir ki, həmin iş adamlarına təzyiq, Kremlin imkanlarını məhdudlaşdıra bilər.

Britaniya hökuməti bu insanların dünya boyu biznes fəaliyyətini çətinləşdirmək istəyir.

Siyahıya Alisher Usmanov,Roman Abramovich,Oleg Deripasa, İgor Sechin, Arkadi və Boris Rotenberg-lər daxildir.

Mənbənin yazdığına görə artıq baş nazir Thereza May bu siyahını təsdiqləyib və sənəd Böyük Britaniyanın müttəfiqlərinə təqdim olunacaq.

Qəzet yazır ki, Britaniya hökuməti bu iş adamlarının Böyük Britaniya, Avropa və digər ölkələrdə sərbəst hərəkət etməsi, bizneslə məşğul olmalarını məhdudlaşdırmağa çalışır.

Bu biznesmenlərin aktivləri təkrar araşdırılacaq.

Qeyd edək ki, keçmiş rusiyalı casus Sergei Skripal və qızı Yulianın bu ilin martinda Britaniyanın Solsberi şəhərində zəhərlənmələrindən sonra Qərblə Rusiya arasındakı münasibətlər korlanıb.

London deyir ki, bunun arxasında Rusiya durur.

Moskva ittihamı rədd edir.

Uzun müalicədən sonra Skripal və qızı Yuliya da artıq özlərinə gəliblər və səhətləri normaldır.Həkimlər onların sağ qalacaqlarına inanmırmış.

Həmin maddənin keçmiş SSSR-I dövründə istifadə edilən hərbi “Noviçok” zəhəri olduğu bildirilir.

Məlumata görə həmin zəhər, insidetdən təxminən bir sutka əvvəl Skripalın evinin qapısının dəstəyinə hopdurulubmuş.

Bu insidentdən sonra Britaniya ilə Rusiya qarşılıqlı qaydada diplomatları ölkədən xaric ediblər.

Həmçinin bir sıra Qərb dövlətləri yüzlərlə rusiyalı diplomatı ölkədən çıxarıb.

ABŞ və Avropa Birliyi də daxil olmaqla bir sıra ölkələr bu insidentə görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

XS
SM
MD
LG