Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 03:55

İlham Əliyev: 'Azərbaycan ordusu 50 ən güclü ordu sırasındadır'


İlham Əliyev Şirvanda atasının heykəlini ziyarət edir. 23 june 2017

“Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm də Azərbaycan ictimaiyyəti görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan ordusu 50 ən güclü ordu sırasındadır”.

Prezident İlham Əliyev bu gün, iyunun 23-də bunu Şirvan şəhərində hərbi zavodunun açılışında deyib.

Prezident ordu quruculuğunun hökumətin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Buna da bax:​ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə medal

“Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq”, - deyən ölkə başçısı son illər ərzində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

“Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb”, – prezident əlavə edib:

İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll yollarına da toxunub.

Buna da bax: Cəbhədə nə baş verir? [video]

“Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir”.

Prezident deyib ki, Azərbaycan öz məqsədlərinə çatmaqdan ötrü daha da güclü olmalıdır.

“Əfsuslar olsun ki, indi bütün dünyada güc amili aparıcı rol oynayır. Əlbəttə ki, beynəlxalq hüquq da vacibdir. Çünki bu, münaqişənin hüquqi bazasını yaradır. Ancaq güc amili əsas rol oynayır. Biz görürük ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq pozulur, tapdalanır, kim onu necə istəyirsə elə də yozur”.

Buna da bax:​ İlham Əliyev: 'AXC-Müsavat cütlüyü torpaqlarımızı qoruya bilmədi'

İlham Əliyev Azərbaycanın iqtisadi göstəricilərinə də toxunub.

“Beş ayın yekunları çox müsbətdir. Qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz 4 faizə yaxın, ixrac 40 faizdən çox artıb. Əminəm ki, gələn il göstəricilər daha da müsbət olacaq”, – ölkə başçısı bildirib.

Prezident İlham Əliyev bu gün, iyunun 23-də Şirvan şəhərinə səfər edib. O , silah zavodunun və Daxili Qoşunların hərbi hissəsinin açılışında iştirak edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax:​ Avropa Birliyi də Dağlıq Qarabağla bağlı bəyanat verdi

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG