Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 07:20

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə medal


Azərbaycan ordusu

Azərbaycan Ordusunun 100 illiyinə xüsusi medal təsis edilir.

APA-nın xəbərinə görə, bununla bağlı prezidentin təqdimatı ilə «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Qanuna əlavələr təklif edilib.

Layihəyə əsasən, qanunun 2-ci maddəsinə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı» adlı hissə əlavə olunur. Medala Silahlı Qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 30-da müzakirəyə çıxarılacaq.

3 gün sonra, iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələrin yaranma günü qeyd ediləcək. Bir il sonra isə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyidir.

2 il hökm sürən Azərbaycan Cümhuriyyəti vaxtı - 1918-ci il iyunun 26-da Azərbaycan ordusu yaradılıb.

1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ordu quruculuğuna yenidən başlanıb. Həmin ilin oktyabrın 9-da Azərbaycan ordusunun ilk batalyonları yaradılıb. Bundan sonra prezident Əbülfəz Elçibəyin sərəncamı ilə həmin günün Azərbaycan Milli Ordusunun yaranma günü kimi qeyd edilməsi ilə bağlı sərəncam verib.

Sonradan isə prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü kimi 1918-ci il iyunun 26-sı götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG