Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:50

Prezidentin Fransa səfəri ilə Qarabağın nə əlaqəsi? [video]


Qarabağ danışıqları Azərbaycan üçün nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:13:45 0:00

Qarabağ danışıqları Azərbaycan üçün nə vəd edir? [A-Live]

Qarabağ danışıqları dayanıbmı? Sülh danışıqlarındakı vasitəçilərin regiona son səfəri nəyi dəyişəcək?

ATƏT-in Minsk qrupunun həmsədrləri həftəsonu Bakıda səfərdə oldular, prezident İlham Əliyevlə görüşdülər.

Amma Qarabağda silahlar bu səfər zamanı da susmadı. Tərəflər bir-birini atəşkəsi pozmaqda suçladı. Martın 11 -də Azərbaycan tərəfi bir əsgərini itirdiyini bildirdi.

Buna da bax:​ İlham Əliyev Fransada işgüzar görüşlər keçirir

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə. 11mart2017
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə. 11mart2017

Bakıda, müxalif ReAl Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı deyir ki, indiki halda Qərb dövlətləri çalışırlar ki, status kvo qalsın və atəşkəs pozulmasın, onun fikrincə, həmsədrlərin də gəlişinin məqsədi budur.

Azər Qasımlı deyir ki, prezidentin Fransaya səfərində də bu mövzu müzakirə olunacaq:

“Azərbaycan tərəfinə çatdıracaqlar ki, müharibənin getməsi düzün məsələ deyil. Çalışacaqlar ki, Azərbaycan tərəfini Dağlıq Qarabağda müharibədən çəkindirsinlər və rəsmi Bakı münaqişəni güc yolu ilə həll etmək barədə ümumiyyətlə düşünməsin”.

Buna da bax:​ Həmsədrlər sülh danışıqlarının başlanmasını istəyir

Azər Qasımlı
Azər Qasımlı

Azər Qasımlı deyir ki, o, hələ ki, danışıqlarla bağlı hansısa dəyişikliyin baş verəcəyini gözləmir, deyir ki, bununçün hələ ki, münbit şərait yetişməyib.

Yerevanda, Qafqaz Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Minosyansa deyir ki, son baş verənləri analiz etmək çətindir, çünki həmsədrlər aydın açıqlama verməyiblər. Amma o ehtimal edir ki, həmsədrlərin üzərində dayandığı əsas məqam ATƏT-in sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin mandatının genişləndirilməsidir:

“Ortada olan məsələ çox konkretdir. Amma Azərbaycan tərəfi bunu etmək istəmir, həmsədrlər isə hesab edir ki, bu, vacibdir. Yeganə mövzu budur. – qoşunların təmas xəttində mandatı genişləndirmək. Bəlkə də müşahidəçilərin sayını artırmaq istəyirlər”.

Buna da bax:​ Prezident Minsk qrupu həmsədrləri ilə görüşüb

Qoşunların təmas xəttində hərbi əməliyyatlar fevralın 23-dən sonra sürətlənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG