Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:22

İlham Əliyev Fransada işgüzar görüşlər keçirir


İlham Əliyev Parisdə “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşüb. 13mart2017

Fransada səfərdə olan prezident İlham Əliyev martın 13-də Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşüb.

Bu haqda ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir.

Xəbərdə bildirilir ki, “Total” şirkətinin prezidenti Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib.

Görüş zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” neft yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Buna da bax:​ İlham Əliyev Fransadadır

İlham Əliyevin bu gün, martın 13-ü “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikola Şamüsi ilə də görüşüb.

Görüşdə tərəflər kosmik sahədə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Ölkə başçısı martın 13-də "SUEZ" qrupunun baş direktor müavini Mari-Anje Debonu, müdafiə sənayesi məhsulları istehsal edən DNCS şirkətinin rəhbəri Erve Giunu, "Credit Agricole SA" Bankının baş direktor müavini Ksavye Muscu, "CIFAL" prezidenti Jil Remini, və "Vivaction" prezidenti Rişar Marini də qəbul edib.

Buna da bax: 'İqtisadiyyat neft asılılığından azad olmadı'

Ölkə başçısının səfəri Fransa ilə diplomatik münasibətlər qurulmasının 25 illiyi ilə əlaqədar həyata keçirilir.

İlham Əliyevin martın 14-də Fransa prezidenti Fransua Olandla da görüşü gözlənir.

Həmin görüşlərdə iqtisadi, enerji, Avropa Birliyi çərçivəsində əməkdaşlığın perspektivləri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilməlidir.

Prezident İlham Əliyev ötən gün, martın 12-də Fransaya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG