Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:13

‘Həmişəki Elvinəm, daha təcrübəliyəm...’


Elvin Abdullayev azadlıqda...
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

Elvin Abdullazadə azadlıqda... [video]

“Mən həmişəki Elvin Abdullazadəyəm. Sadəcə, daha da təcrübəliyəm, həbsxana çox şey öyrətdi. Bundan sonra fəaliyyətimə qaldığım yerdən davam edəcəyəm”.

Bunu martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə jurnalistlərə açıqlamasında bildirib.

Buna da bax: Əfv sərəncamı verildi. Emin Millinin, Qənimət Zahidin qohumları...

2 il 2 aydan sonra azadlığa çıxmanın qəribə hisslər doğurduğunu ifadə edən. E.Abdullazadə bildirib ki, siyasi fəaliyyətini davam etdirmək niyyətindədir.

“Mən məhz siyasi fəaliyyətimə görə, həbs olunmuşdum. İttihamlar, özü də narkotik... (gülür) qurama idi. Siyasi fəaliyyətimə davam edəcəyəm. Təhsilimə də davam etmək niyyətindəyəm. Bundan başqa səhhətimdə problemlər var, əməliyyat olunmağı düşünürəm”, E.Abdullazadə deyib.

O, səhhəti ilə bağlı problemlərinin çox ciddi olmadığını qeyd edib. E.Abdullazadənin sözlərinə görə, səhhətindəki problemlər həbsxana şəraiti, həbs edilərkən işgəncəyə məruz qalması ilə bağlı olub.

Buna da bax:​ Əbdül Əbilovun anası: Hər bayramda min dəfə ölüb, dirilirdim

“Problemlər olub, amma ciddi deyil. Qasıq nahiyəsində yırtıq var”

Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. O, 2015-ci il yanvarın 8-də imtahandan çıxarkən saxlanılmışdı.

Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunan Elvin Abdullazadə 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı.

Gənc cəbhəçi məhkəmədə ittihamları qəbul etməmiş, bunun siyasi sifariş olduğunu bildirmişdi.

Buna da bax:​ Əfv sərəncamının icrasına başlanıb

Onun işinə Ali Məhkəmədə baxılanda ittiham olunduğu maddə dəyişdirilmişdi. O, CM-nin 234.1-ci maddəsi (şəxsi məqsədlə narkotik istifadəsi) ilə ittiham edilmiş, cəzası 6 ildən 2 il 6 aya endirilmişdi.

Onun həbsdən çıxmasına 3 aydan bir qədər çox vaxt qalmışdı. Hüquq mühafizə orqanları isə onun işgəncə şikayətlərini qəbul etmirdi.

XATIRLATMA

Martın 16-da prezident İlham Əliyev «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Sərəncam imzalayıb. Bu gün, martın 17-dən sərəncamın icrasına başlanılıb.

Buna da bax:​ İlham Əliyevin imzaladığı əfv sərəncamı- [tam siyahı]

Sərəncam ümumilikdə 423 nəfər məhbusa şamil edilib. Onlardan 412-si cəzasının çəkilməmiş hissəsindən azad edilib. Qalanlarının isə ya həbs müddəti azaldılıb, ya da şərti məhkumluğu götürülüb.

Əfv olunanlar arasında hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında yer alan bir neçə şəxsin adı da var. Bunlar AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə, bloqqer Əbdül Əbilov və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin iki qohumudur.

Meydan TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyov isə şərti azadlıqdan məhrumetmə cəzasından azad edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG