Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:10

Bu gün, martın 17-də dövlət başçısı İlham Əliyevin bir gün əvvəl imzaladığı «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» sərəncamın icrasına başlanılıb.

Sərəncam ümumilikdə 423 nəfər məhbusa şamil edilib. Onlardan 412-si cəzasının çəkilməmiş hissəsindən azad edilib. Qalanlarının isə ya həbs müddəti azaldılıb, ya da şərti məhkumluğu götürülüb.

Əfv olunanlar arasında hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında yer alan bir neçə şəxsin adı da var. Bunlar AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə, bloqqer Əbdül Əbilov və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin iki qohumudur.

Meydan TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyov isə şərti azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG