“İDEAL” parfüm mağazalar şəbəkəsinin baş direktoru İlqar İsmayılov vəzifəsindən istefa verib. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə İ.İsmayılov öz Facebook səhifəsində yazıb.
Xəbərə görə, əməkdaşları bayram münasibətilə təbrik edən İ.İsmayılov istefasına səbəb kimi mənəvi dəyərlərini qorumaq istəyini göstərib.
İ.İsmayılov qərarının anlayışla qarşılanacağına, qınanılmayacağına ümid etdiyini bildirir.
“İDEAL” mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb.