Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:40

Prezident: '…Həm tikintidə pul oğurlanır, həm də...'


İ.Əliyev

"…Təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb".

Bunu mayın 21-də Prezident İlham Əliyev Seymur Orucovun Ağstafanın, Elçin Rzayevin isə İmişlinin icra hakimiyyəti başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar onları videoformatda qəbul edərkən deyib.

Prezident son 17 il ərzində bölgələrdə görülən işlərdən danışarkən icra hakimiyyətlərinin fəaliyyətinə də toxunub: "Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar".

İ.Əliyevin sözlərinə görə, indi bütün bu işlər təftiş edilir: "Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli, insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır".

Xatırlatma

İmişli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsi mayın 7-dən, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı vəzifəsi isə ötən il dekabrın 20-dən boş idi.

Həmin rayonların əvvəlki başçıları Vilyam Hacıyevlə (İmişli) Nizaməddin Quliyev (Ağstafa) rüşvət və səlahiyyət həddini aşmaqda ittiham edilərək həbs olunublar. Keçmiş başçıların ittihamlara münasibəti, hələlik, ictimaiyyətə açıqlanmayıb. Amma bu günlər V.Hacıyev həbs qərarından apellyasiya şikayəti vermişdi. Şikayət qəbul edilmədi.

Multimedia

XS
SM
MD
LG