Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:49

İ.Əliyev: 'Dövlət Cümhuriyyət qurucularının xatirəsinə hörmətlə yanaşır'


İ.Əliyev

Prezident İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda çıxışı edib. O, Cümhuriyyətin yaranmasını «mühüm hadisə» adlandırıb.

Bu haqda «Report» xəbər verir.

İ.Əliyev deyib ki, Azərbaycan xalqı müsəlman Şərqində ilk respublikanın yaranması ilə haqlı olaraq fəxr edə bilər: «Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, azadlıqsevər və mütərəqqi xalqdır».

Prezident dövlətin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə hörmətlə yanaşdığını, onların adlarının əbədiləşdirildiyini, bir neçə il öncə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını, 2018-ci ilin isə ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunduğunu bildirib.

Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu «xalqın böyük faciəsi» adlandırıb: «Müstəqillik əldən verilməsə idi, indi Azərbaycan dünyanın ən zəngin ölkələri sırasında ola bilərdi».

Əliyevin sözlərinə görə, bu, bir daha müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən çətin olduğunu göstərir.

Sizcə, Bakıda niyə indiyədək M.Ə. Rəsulzadəyə abidə qoyulmayıb?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

«Heç vaxt imkan verməyəcəyik ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti qurulsun».

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən belə söyləyib.

O, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olduğunu da bildirib: «Bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyimizin qarantıdır».

«Bizim siyasətimiz milli maraqlar üzərində qurulub»

Dövlət başçısı belə deyib və əlavə edib: «Xalqın maraqları bizim siyasətimizin mənbəyidir».

O, bugünkü uğurların əsasında xalq-iqtidar həmrəyliyinin dayandığını, ölkənin beynəlxalq nüfuzunun və mövqelərinin daha da möhkəmləndiyini bildirib.

İ.Əliyev 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşan Azərbaycanın çətin sınaqlardan keçdiyini, ovaxtkı hakimiyyətin ölkəni idarə olunmaz vəziyyətə saldığını, torpaqların işğal olunduğunu deyib. O, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra müstəqillik dayaqlarının möhkəmləndiyini, ölkənin inkişaf yoluna qədəm qoyduğunu, 2003-cü ildən sonra da Azərbaycanın dinamik inkişafının təmin edildiyini vurğulayıb.

Dərsliklərdə Cümhuriyyət haqda məlumatlar ildən-ilə azalır
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

«Biz elə dövlət qurduq ki...»

«Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir», - prezident bugünkü Azərbaycan dövlətinin uğurlarından danışarkən deyib.

İ.Əliyevin sözlərinə görə, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkədə təbii resurslar insan kapitalına çevrilir: «Məhz Azərbaycanın təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sahəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. «Cənub Qaz Dəhlizi»nin icrası, «Şimal-Cənub» nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəminiz uzunmüddətli inkişaf strategiyası təmin olunub».

Azərbaycanın idman ölkəsinə çevrildiyini, idmançıların beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiyini deyən İlham Əliyev müstəqil Azərbaycanın hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu bildirib.

«Ölkəmizlə fəxr edərdilər»

«Cümhuriyyətin qurucuları bunu görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər» söyləyən dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan xalqının taleyi öz əlindədir: «Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha onu göstərdi ki, müstəqilliyimiz ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG