Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:17

HRW: İsrailin İrandakı neft anbarlarına zərbələri hərbi cinayət sayıla bilər

Tehranda neft emalı zavodunun yanacaq çənlərinə edilən hücumdan sonra tüstü qalxır.
Tehranda neft emalı zavodunun yanacaq çənlərinə edilən hücumdan sonra tüstü qalxır.

İsrailin martda Tehran ətrafındakı neft anbarlarına endirdiyi hava zərbələri mülki əhaliyə uzunmüddətli ciddi zərər vurmuş ola, hərbi cinayət sayıla bilər. Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı bildirir.

Martın 7-də İsrail Tehranda dörd neft anbarını hədəf alıb. İran rəsmiləri ertəsi gün bildirib ki, "neft məhsullarının saxlanması və paylanması üçün istifadə olunan dörd obyekt, həmçinin neft məhsullarının daşınması mərkəzi… düşmən təyyarələrinin hücumuna məruz qalıb".

Elə həmin gün İsrail Müdafiə Qüvvələri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus bir neçə yanacaq saxlama kompleksinə zərbə endirdiyini açıqlayıb.

HRW bu hücumların İranda yaşayan insanlar üçün uzunmüddətli ağır fəsadlara yol aça biləcəyini vurğulayır. "Bu zərbələr ətraf mühitə və insanların sağlamlığına uzun illər ərzində dağıdıcı təsir göstərə bilər. Bu isə böyük ehtimalla hərbi cinayət deməkdir", – qurumun tədqiqatçısı Bahar Saba yazıb.

"Görünən odur ki, İsrail qüvvələri gözlənən uzunmüddətli zərərləri nəzərə almayıb… və buna görə hüquqi məsuliyyətə cəlb olunmalıdırlar", – o əlavə edib.

İsrailin cavabı

HRW martın 26-da İsrail və İran rəsmilərinə izahat üçün müraciət edib. İrandan cavab gəlməyib. İsrail rəsmiləri isə cavab olaraq bildiriblər ki, zərbələr "fərqləndirmə, proporsionallıq və ehtiyat tədbirləri prinsiplərinə uyğun şəkildə həyata keçirilib".

Cavabda o da deyilir ki, hədəf alınan obyektlərdən "rejimin silahlı qüvvələrinin bölmələrinə, o cümlədən aviasiya, pilotsuz uçuş aparatları və dəniz qüvvələrinə birbaşa yanacaq təminatı üçün istifadə edilib".

HRW bildirir ki, neft anbarlarının mülki məqsədlər üçün istifadə olunduğunu təsdiqləsə də, onların eyni zamanda hərbi məqsədlərə xidmət edib-etmədiyini müəyyənləşdirə bilməyib. Məlumatlı bir mənbənin quruma dediyinə görə, "anbarlarda yalnız benzin və dizel olub… onlardan aviasiya, pilotsuz aparat və ya dəniz qüvvələrinin ehtiyacları üçün istifadə edilməyib".

Hüquq müdafiə təşkilatı belə nəticəyə gəlib ki, ətraf mühitə və sağlamlığa proqnozlaşdırıla bilən zərər nəzərə alındıqda, bu hücumlar beynəlxalq humanitar hüquq baxımından ciddi narahatlıq doğurur, hərbi cinayət kimi qiymətləndirilə bilər.

XS
SM
MD
LG