Keçid linkləri

2026, 08 May, cümə, Bakı vaxtı 15:14

'Human Rights Watch': İran son altı həftədə azı 28 nəfəri edam edib

İran rejimi 'edam maşını'nı sürətləndirir
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

İran rejimi 'edam maşını'nı sürətləndirir

"Human Rights Watch" təşkilatı BMT üzvlərini İranda ölüm hökmünün tətbiqinin dayandırılması üçün tədbir görməyə çağırıb. Təşkilatın məlumatına görə, son altı həftə ərzində İranda azı 28 nəfər edam edilib.

Təşkilatın tədqiqatçısı Bahar Saba mayın 7-də gecə qurumun X hesabında yayımlanan videoda bildirib ki, edam edilənlərin çoxu ilin əvvəlində etiraz aksiyalarında iştirakda ittiham olunurdu. İqtisadi şəraitin pisləşməsinə qarşı başlayan etirazlar sonradan hökumətə qarşı kütləvi aksiyalara çevrilib.

HRW bildirib ki, edam olunanların hamısının təməl hüquqları məhkəmələrdə pozulub. Onlardan etiraf ifadələrinin təzyiq və işgəncə yolu ilə alındığı bildirilir.

İranda yanvardakı genişmiqyaslı etiraz aksiyaları təhlükəsizlik qüvvələri tərəfindən amansızlıqla yatırılıb.

ABŞ-də yerləşən HRANA insan haqları monitorinq qrupu etirazçılara qarşı repressiyalarda təxminən 7 min nəfərin öldürüldüyünü təsdiqləyib. Çoxsaylı həbslər də həyata keçirilib.

İran dünyada ölüm hökmünün ən çox tətbiq olunduğu ölkələrdən biridir. İnsan haqları qurumları 2025-ci ildə ölkədə azı 1639 nəfərin, o cümlədən 48 qadının edam olunduğunu bildirir.

İnsan haqları müdafiəçiləri İran hakimiyyətini hökumət əleyhinə etiraz dalğalarından sonra cəmiyyətdə qorxu mühiti yaratmaq üçün ölüm hökmündən "repressiya aləti" kimi istifadə etməkdə günahlandırırlar.

XS
SM
MD
LG