Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Ata-oğul - iki prezidentin hakimiyyət dövrünü müqayisə edəndə... [video]


Heydər Əliyev sağ olsaydı, Azərbaycanda nələr fərqli olardı
Gözlə

No media source currently available

0:00 0:15:21 0:00

Heydər Əliyev sağ olsaydı, Azərbaycanda nələr fərqli olardı: [A-Live]

14 il əvvəl bu gün - dekabrın 12-də prezident Heydər Əliyevin vəfat etdiyi barədə xəbər yayıldı.

Bundan az əvvəl oktyabr ayında keçirilən prezident seçkisində artıq onun oğlu İlham Əliyev qalib elan edilmişdi. Qısası, indi həm də hazırkı prezident İlham Əliyevin hakimiyyət başına keçməsindən 14 il geridə qalır. Ötən müddətdə İlham Əliyev atasından qalma hansı mövqelərini qoruya bildi, hansı mövqeləri itirdi, yeni nələr əldə etdi?

Buna da bax: Heydər Əliyevin AzadlıqRadiosuna müsahibələrinin səs yazıları

Keçmiş prezident Heydər Əliyev Avropa Şurasının tribunasından 25 yanvar 2001-ci ildə deyirdi:

"Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, həm də Azərbaycanın Avropa ailəsinə bərabər hüquqlu üzv kimi Azərbaycan dövlətinin inkişafı üçün yeni mərhələnin başlanğıcıdır. Bəyan edirəm ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqdir".

Buna da bax:

Heydər Əliyev sağ olsaydı, hazırda Azərbaycanda vəziyyət necə olardı?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Buna da bax: 2017-nin nəticələri: 'İş o yerə çatdı ki, hökumət mediasında çalışanlar da getdi'

Amma indi hakimiyyətin tənqidçiləri əmindirlər ki, Azərbaycan Heydər Əliyevin zamanında əldə etdiyi bir çox beynəlxalq uğurları xərcləyib bitirib. Elə bugünlər insan haqları sahəsində problemlərə görə Azərbaycanla Avropa Şurası arasında münasibətlər son dərəcə kəskinləşib. Hətta Azərbaycanın Avropa Şurasından çıxarılması üçün proses başladığını deyənlər var.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə deyir ki, 14 il əvvəl görüntü xatirinə olsa da Heydər Əliyevin yaratdığı beynəlxalq imic vardı. Amma indi bir çox beynəlxalq təşkilatlarla əlaqələr pozulub, bəzi əməkdaşlıqlara son verilib:

Buna da bax: 48 il bundan öncə, bu gün Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldi

“Heydər Əliyevin dövrü ilə müqayisədə Azərbaycanın imici xeyli ləkələnib. İlham Əliyev hakimiyyətinin xarici siyasəti xeyli dəyişib. Balanslaşdırılmış siyasət əsasən Heydər Əliyev dövrünə aiddir. O, Qərbə getdiyini sərgiləyən bir teatr göstərirdi, eyni zamanda Rusiyaya gedib onları qucaqlayırdı. Müxtəlif layihələrdə iştirak edirdi. Indi isə durum dəyişib, Qərblə tellər tamamilə qırılıb”.

Hikmət Hacızadə deyir ki, iqtidar, özəlliklə, sabitliyin qorunduğunu vurğulayır. Amma Hikmət Hacızadənin fikrincə, ölkədəki durum sabitlik deyil, susqunluqdur:

Buna da bax: WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

Millət vəkili Rasim Musabəyov isə düşünür ki, İlham Əliyev atasının siyasi kursunu davam etdirir. O əlavə edir ki, prezident bundan başqa ölkənin görkəmindən tutmuş “Asan Xidmət”ədək idarəetmədə müasir yeniliklər gətirib:

Rasim Musabəyov
Rasim Musabəyov

“Xarici siyasətdə balanslaşdırılmış siyasəti davam etdirir. Daxili siyasətə gəlincə isə xeyli dəyişiklik olub. Əvvəlki müxalifət indiki deyil, çox zəifləyib, partiyaların gündəliyi belə yoxdur. Bir çox başqa məsələlərdə də dəyişiklər olub. Heç nə və heç kim olduğu kimi qalmayıb. Azərbaycan da dəyişib, imkanları müqayisə olunmayacaq dərəcədə genişlənib. İlham Əliyev öz dövrünün adamıdır, müasirdir”.

Buna da bax: Mehman Əliyev azadlıqda [video]

Amma İlham Əliyevin hakimiyyətinin tənqidçiləri vurğulayırlar ki, o atasından daha sabit, yüksək neft gəlirləri təmin edilmiş hakimiyyəti qəbul edib. Yəni, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycanda müharibə dövrü idi, neft-qazdan gəliri yox idi. Amma İlham Əliyev dövrü neft gəlirlərinin ən pik olduğu həddə düşür.

Tanınmış jurnalist Elçin Şıxlı isə ata-oğul iki prezidentin hakimiyyət dövrünü müqayisə edəndə ciddi fərqlərin olmaması qənaətindədir. O deyir ki, hər iki dövrdə xalqın həyatında ciddi dəyişiklik olmayıb. Bəzi kəndlərə qaz çəkilib, əvəzində Bakının qazı olan kəndlərində indi enerji problemi yaşanır.

Elçin Şıxlı
Elçin Şıxlı

Buna da bax: İlham Əliyevin hakimiyyətə gəlişi

Elçin Şıxlı ümumilikdə ölkədəki durumla bağlı da nikbin deyil:

“İdarəçilikdə təəssüf ki, heç nə dəyişməyib. Mənim üçün ən pisi odur ki, özəlliklə, cavanlarımız bu ölkəni tərk etməyə çalışır. Medianın durumu dizi üstə yox, böyrü üstə qalıb. Müstəqil media deyə bir şey qalmayıb. Alternativ fikir yoxdur. Elə ictimai-siyasi sahədə də eyni durum”.

Buna da bax: 'Ən geridə qalan Avropa ölkələrində belə ərzaq məsrəfləri 30 faizi keçmir'Bakı küçələrində də təsadüfi rastlaşdığımız sakinlərdən də Heydər Əliyevlə İlham Əliyevin hakimiyyəti arasındakı fərqi müzakirə etmişik. Onlardan soruşmuşuq ki, Heydər Əliyev sağ olsaydı, hazırda Azərbaycanda vəziyyət necə olardı?:

Sizcə, Heydər Əliyevlə İlham Əliyev hakimiyyəti arasında fərq nədir?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'

Heydər Əliyev 1993-cü ilin iyununda o zamankı prezident Əbülfəz Elçibəyin devrilməsi ilə nəticələnmiş hadisələrlə hakimiyyətə gəlib. 10 il sonra 2003-cü ildə isə uzun sürən xəstəlikdən sonra ABŞ-ın Klivlend Xəstəxanasında vəfat etdiyi elan edilib. 2003-cü ilin oktyabrında keçirilən prezident seçkisində isə onun oğlu, indiki dövlət başçısı İlham Əliyev qalib elan edilib. Bu seçkinin nəticələrinin saxtalaşdırıldığını deyən müxalifətin aksiyaları isə zorakılıqla dağıdılıb. Toqquşmalarda azı bir nəfər həlak olub, yüzlərlə insan xəsarət almışdı.

Buna da bax: 'Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir'

Buna da bax:

Heydər Əliyev sağ olsaydı, indi nə fərqli olardı?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG