Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:48

'Ən geridə qalan Avropa ölkələrində belə ərzaq məsrəfləri 30 faizi keçmir' [media icmalı]


İlham Əliyev Gəncədə “Grand Qafqaz” ticarət kompleksinin açılışında. 10noy2017
İlham Əliyev Gəncədə “Grand Qafqaz” ticarət kompleksinin açılışında. 10noy2017

Ölkənin neft sənayesinin vəziyyəti, neft, qaz idxalının artması və əhalinin ərzaq məsrəflərinin yüksəlməsi bu gün (11noyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Qazancın çoxu ərzağa gedir

Exo” qəzetində “Azərbaycanda orta statistik ailə gəlirinin 60 faizə yaxınını ərzağa xərcləyir” sərlövhəli yazı oxumaq olar.

Yazda ekspert Nəriman Ağayevin düşüncələrinə yer verilib:

“Rəsmi məlumatlara görə, Azərbaycan vətəndaşları gəlirlərinin 50 faizdən çoxunu qidaya sərf edir. Halbuki, yüksək təminatlı ölkələrdə bu rəqəm bütün xərclərin cəmi 15 faizə qədəridir. Qalan vəsait isə geyimə, təhsilə, əyləncəyə və s sərf edilə bilər”.

Nəriman Ağayev
Nəriman Ağayev

N.Ağayev deyib ki, bu məsələdə Azərbaycan Belorusdan da geri qalır. Onun bildirməsinə görə, Belorusda gəlirlərin 40 faizə qədəri ərzağa xərclənir:

“Vətəndaşlarin qida təminatı ilə bağlı xərclərin payı daim artır. Xərcin belə yüksək olması gəlirlərin az, inflyasiyanın isə artmasının göstəricisidir. Bu həm də əhalinin rifah halı ilə bağlı nəticə çıxarmağa əsas verən səbəblərdən biridir”.

Buna da bax: Azərbaycan ərzağa ən çox pul xərclənən ölkələr arasındadır

Yazıda bildirilir ki, 2016-cı il ilə müqayisədə bu il vətəndaşların gəlirləri 8 faiz artıb. Amma bu dövrdə ərzaq malları 18 faiz bahalaşıb:

“Nə qədər az qazanılırsa, qazancın daha çox hissəsi ərzaq məhsullarına sərf edilir. Hətta inkişafdan geri qalan Avropa ölkələrində ərzaq məsrəfləri gəlirlərin 30 faiz həddini keçmir”.

Üstəlik, ekspert vurğulayır ki, vətəndaşlar daha çox qida xərclərini azaldır. Bu isə əsasən ucuz ərzaq məhsullarına üstünlük verməklə özünü göstərir.

Buna da bax: Gəlirin yarıdan çoxu qidaya, içkiyə, siqaretə...

Ekspert deyib ki, keçən il ilə müqayisədə bu il əhalinin real dəyərdə alıcılıq qabiliyyəti də aşağı düşüb.

Müəmmalı neft, qaz idxalı

Novoye Vremya” qəzetində diqqəti “Neft idxalı da artır” sərlövhəli yazı cəlb edir.

Yazıda bildirilir ki, indi ölkədə əsas prioritet qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Müəllifin fikrincə neft sektorunun özü də problemlərdən xali deyil:

Buna da bax:​ Monteneqrodakı Azərbaycan şirkəti: əvvəl SOCAR, indi 'Ataholding'

“Belə çıxır ki, neft sahəsində hər şey öz qaydasındadır, bu belədirmi? Başa düşmək lazımdır ki, ölkənin neft məhsulları ilə təminatı da aşağı düşür. Əgər 2015-ci ildə 144 milyon dollar həcmində müxtəlif neft məhsulları idxal edilmişdisə 2016-cı ildə bu göstərici 267 milyon dollara yüksəlib. Bu ölkədən ixrac edilən neft və neft məhsullarının 3,3 faizinə bərabər olub”.

Dəmir yolu neft sisternləri
Dəmir yolu neft sisternləri

Yazıda qeyd edilir ki, 2016-cı ilin ilk yarısında 21,4 milyon dollar həcmində 109,2 min ton neft idxal edilib. Ardınca müəllif sual edir. Bu qədər Qazaxıstan və Rusiya neftinin idxalına səbəb nədir?

Yazıda vurğulanır ki, bu idxal 2017-ci ildə də davam edib. Bu ilin ilk yarısında Qazaxıstandan 23,9 min ton neft idxal olunub.

Müəllifə görə, bütün bunların səbəblərindən biri də ölkənin müxtəlif neft məhsullarından asılı olmasıdır və bu sahədə SOCAR-ın hansısa dönüş yaradacağı vəd olaraq qalır.

Buna da bax:​ Neft fondunun büdcəsi dəyişdirilir

Yazıda bildirilir ki, eyni vəziyyət qazla da bağlı yaranıb. Ölkədə təbii qazın ixracı ilə yanaşı idxal da artır.

Müəllifin yazmasına görə, 2016-cı il ilə müqayisədə 2017-ci ildə bu idxal 4 dəfə çoxalıb.

Yazıda vurğulanır ki, ölkə propan, parafin, asfalt, müxtəlif bitum qarışıqları da idxal edir. Bu da ölkədə həmin məhsulların yetərli həddə olmamasını göstərir.

Uğur salnaməsi...

Azərbaycan” qəzetində “Əsrin uğur salnaməsi” sərlövhəli yazıda isə ölkənin neft sənayesinin inkişafından bəhs edilir.

Müəllif yazır ki, Azərbaycanda XIX əsrin ortalarından sənaye üsulu ilə neft çıxarılmağa başlanıb. Bu günlərdə Azərbaycanda 2 milyardıncı ton neftin çıxarılması təntənəli şəkildə qeyd olunub.

Buna da bax: 7 ildə 130 neftçi həlak olub

Yazıda bildirilir ki, ölkənin neft sənayesinin inkişafında keçmiş prezident Heydər Əliyevin xüsusi xidmtələri olub. Neft sənayesinin inkişafı ilə bağlı bəzi zavodlar məhz onun hakimiyyəti dönəmində tikilib.

İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz sərgisində. 31may2017
İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz sərgisində. 31may2017

Müəllif hesab edir ki, Azərbaycan müstəqillik qazandıqdan da sonra neft sənayesi yenə də H.Əliyevin rəhbəlriyi altında inkişaf edib. 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə “əsrin müaviləsi” imzalanıb:

“2002-ci ildə ulu öndər Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2006-cı ilin mayında Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı”.

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

Müəllif vurğulayır ki, bu il noyabrın 8-də isə iki milyard ton neftin hasil edilməsi neft sənayesinin inkişafında növbəti zirvə nöqtəsi olub.

Yazıda bu hadisə ilə bağlı H.Əliyev Mərkəzində keçirilən mərasimdə çıxış edən prezident İlham Əliyevdən sitat da gətirilir:

“Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik və güc gətirir”.

Buna da bax: Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

XS
SM
MD
LG