Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 21:47

48 il bundan öncə, bu gün Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldi


Heydər Əliyev və Yuri Andropov

Azərbaycanın indiki prezidenti İlham Əliyevin atası, indiki hakimiyyətin “milli öndər”, “ideoloq”u kimi təqdim etdiyi Heydər Əliyev birinci dəfə hakimiyyətə 1969-cu ildə gəlib. O həmin il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilib.

Heydər Əliyev bu vəzifədə 1982-ci ilə kimi fəaliyyət göstərib.

1982-ci ildə isə Moskvaya dəvət olunan Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib və Siyasi Büronun üzvü seçilib.

1987-ci ildə o zamankıSSRİ rəhbəri Mixail Qorbaçov H.Əliyevi vəzifəsindən azad edib.

1990-cı ildə Azərbaycana qayıdana kimi o Moskvada yaşayıb.

XX əsrin 80-ci illərinin sonlarında SSRİ-də milli- azadlıq hərəkatı başlayıb və Azərbaycan bu hərəkatın önündə gedən respublikalardan biri olub.

SSRİ rəhbərliyi Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün 1990-cı il yanvarın 20-də silahlı qüvvələrdən istifadə etdi və çox sayda insan öldü. O zaman Heydər Əliyev SSRİ rəhbərliyinin bu addımına Moskvadakı Azərbaycan nümayəndəliyində etirazını bildirdi.

Bu hadisələrdən bir neçə ay sonra isə Azərbaycana qayıtdı.

O 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinə sədrlik edib.

H.Əliyev ikinci dəfə hakimiyyətə 1993-cü ildə gəlib.

1993-cü il iyunun 4-də Gəncədə bir qrup silahlının etirazları o vaxtkı dövlət başçısı Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi ilə sonuclandı.

1993-cü ildən Heydər Əliyevin komandası hakimiyyətdədir.

1993-2003-ci illərdə o özü ölkəyə başçılıq edib.

2003-cü ildən isə oğlu İlham Əliyev prezidentdir.

Heydər Əliyevin siyasi fəaliyyətinə və şəxsiyyətinə münasibət birmənalı deyil, onu Azərbaycanın “xilaskarı”, “parçalanmaqdan, bölünməkdən qurtaran” dövlət başçısı kimi dəyərləndirənlər də var, rəqiblərini sıradan çıxaran, təməl insan haqlarını pozan, hakimiyyəti oğluna ötürməklə monarxiya qurduğunu düşünənlər də.

Günün bütün mövzuları

XS
SM
MD
LG