Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Güclü şimal küləyi gözlənir


Aprelin 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı gözlənir. Güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 10-14, gündüz 16-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olcaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var.

Gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 8-12 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG