Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 18:25

Bakıda yağış, dağətəyi yerlərdə sulu qar yağacaq


Yağış

Aprelin 2-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, havanın temperaturunun Abşeron yarımadasındavə Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti olacağı gözlənir.

Azərbaycanın bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal edilir.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG