Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 10:32

Hakerlərin bank hesablarından 31 milyon dollar oğurladığı iddia edilir


Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina

Dekabrın 2-də Mərkəzi Bankın rəsmisi Artyom Sychyov Moskvada keçirdiyi brifinqdə deyib ki, hakerlər 5 milyard rublu (78 milyon dollar) oğurlamağa cəhd göstərib.

Elə həmin gün Federal Təhkükəsizlik Xidməti də Rusiyanın bank sisteminə müdaxilə edilməsi cəhdini aşkar etdiyi ilə bağlı bəyanat yayıb. Ancaq hakerlərin şəxsiyyətini müəyyənləşdirmək olmayıb. FTX yaydığı bəyanatda bildirir ki, müdaxilə mənbəsi olan komputer servisi Ukraynanın veb hosting kampaniyasıBlazingFastdə qeydiyyatdan keçib və Niderland ərazisində yerləşir.

FTX-nin bəyanatında vurğulanır ki, hücumçular dekabrın 5-də sosial şəbəkələrdə Rusianın əsas bank və maliyyə sistemlərini dağıtmaları ilə bağlı mesajlar yaya bilərlər.

Bəyanatda deyilir ki, hakerlər Rusiyanın bir çox saytını hədəfə ala bilərlər.Kiyevdə yerləşən “BlazingFast” kampaniyasının direktoru Anton Onoprichuk deyib ki, heç bir kəşfiyyat agentliyi onların şirkəti ilə əlaqə saxlamayıb. Onoprichuk əlavə edib ki, onlar daha çox məlumat gözləyirlər, şirkət ona uyğun araşdırma apara bilər.

Rusiya bank sisteminə hücumlarla bağlı məlumatlarıMərkəzi Bankı və Federal Təhkükəsizlik Xidməti açıqlayır, ancaq üçüncü müstəqil mənbədən bunun təsdiqi yoxdur.

Oğurluqla bağlı iddialar bir çox Qərb və ABŞ saytlarına olan hücumlarla bağlı məlumatlardan sonra səslənir. Qərb və ABŞ rəsmiləri haker hücumların arxasında Rusiya hakimiyyətinin durduğunu iddia edirlər.

XS
SM
MD
LG