Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 11:02

Hakan Şükür barədə həbs qərarı çıxarıldı


Hakan Şükür

Türkiyə futbolunun keçmiş ulduzu Hakan Şükür barəsində həbs qərarı çıxarıldı.

Bu barədə iyulun 11-də Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Qərarı Əslə Cəza Məhkəməsi çıxarıb.

Məlumata görə o, sosial şəbəkədə prezident Racep Tayyip Erdoganı təhqir etməkdə ittiham olunur.

Hakimiyyət həmçinin onu 15 iyul qiyan cəhdinin təşkilində ittiham olunan Fətullah Gülən hərəkatı ilə bağlılıqda günahlandırır.

Hakan Şükür hazırda ABŞ-da olduğundan məhkəmə onun iştirakı olmadan keçirilib.

Prezident Racep Tayyip Erdoganı isə vəkili Ferah Yıldız təmsil edib.

Məhkəmədə şahid qismində iştirak edən Bəkir Savran, Hakan Şükürün Twitter hesabında ona mesaj yoluyla Prezident Ərdoğan və oğlu Bilal Ərdoğanla bağlı təhqiramiz videolar göndərdiyini, təhqir və böhtan məzmunlu mesajlar yolladığını deyib.

"Mən də buna görə lazımi yerlərə müraciət etdim. Cumhurbaşkanımızı dövlətin nümayəndəsi olaraq gördüyüm üçün, xəbər verməyi gərəg bildim”, deyə şahid bildirib.

Prezident Ərdoğanın vəkili Ferah Yıldız da şikayətçi olduqlarını bildirərək, iddiaya qoşulmağı tələb edib və akim bunu qəbul edib.

Sonda Hakan Şükür barəsində həbs qərarı çıxarılıb.

Qeyd ədək ki, 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülenin özü də hazırda ABŞ-da yaşayır.

Qiyam cəhdindən sonra hərbçi, hakim, polis, müəllim, həkim və digər peşə sahibləri də daxil olmaq onun minlərlə tərəfdarı həbs edilib və ya işdən kənarlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG