Keçid linkləri

Təcili xəbərlər
2018, 20 May, bazar, Bakı vaxtı 23:25

Hacıqabul cinayətinin qisas zəmində törədildiyi bildirilir [VİDEO]


Hacıqabul cinayətinin qisas zəmində törədildiyi bildirilir
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Hacıqabul cinayətinin qisas zəmində törədildiyi bildirilir

Hacıqabulda törədilən qətllərlə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 5 maddəsi üzrə cinayət işi açılıb.

Bu haqda Baş Prokurorluğun Daxili İşlər Nazirliyi ilə birgə məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, cinayət hadisəsi ilə bağlı məlumat hüquq mühafizə qurumlarına iyulun 31-də saat 06 radələrində daxil olub. Həmin məlumatda Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə Namiq Qəmbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirildiyi bildirilib. Ailənin digər üzvü Məmməd Qəmbərovun ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi, Mübariz Mehtiyev adlı şəxsin isə odlu silahdan atəş açaraq intihar etdiyi açıqlanıb.

Buna da bax:​ Hakimiyyətdən Elmar Hüseynovun qatillərinin tapılması istənilib

Məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, cinayət alətləri, digər maddi sübutlar götürülüb.

Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi açılıb.

Bundan başqa, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə də ittiham irəli sürülüb.

Birgə məlumatda vurğulanır ki, ilkin araşdırmaya görə, əvvəllər məhkum olunmuş M.Mehtiyev şəxsi münasibətlər zəminində M.Qəmbərovdan qisas almaq niyyəti ilə onun yaşadığı evə gəlib. Onun qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etdiyi, ailə üzvlərini öldürdüyü deyilir. Sonra isə özünə atəş açaraq intihar etdiyi iddia olunur.

Buna da bax: 'Dəmirci Tower'-də müdirini güllələyən işçi polisə təslim olub

Mübariz Mehtiyevin yaxınlarından hələlik, bu ittihama münasibət almaq mümkün olmayıb. Onların bu açıqlama ilə nə qədər razılaşıb-razılaşmadıqları bəlli deyil.

* * *

Hacıqabul rayonunda xüsusi əməliyyat keçirilib, 11 nəfər saxlanılıb. Onların hamısının əvvəllər məhkum olunmuş şəxslər olduğu bildirilir.

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir.

Nazirlik vurğulayır ki, odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin daha da gücləndirilməsi məqsədilə DİN-in müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanıb:

«Baxış zamanı onların üzərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 «Makarov» tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb».

Buna da bax:​ General Orucov vəzifədən azad edildi, oğlu saxlandı

Həmin faktlar üzrə cinayət işlərinin qaldırıldığı, zəruri əməliyyat-axtarış və istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Saxlanan şəxslərin adları açıqlanmır. Onların, vəkillərinin və ya qohumlarının bu açıqlamaya münasibət bəlli deyil.

Xatırlatma

Bu gün, iyulun 31-i Hacıqabul rayonunda silahlı insident baş verib. Həmin insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Buna da bax: Zərdab sakini: 'Qızımın ölümü ört-basdır edilir'

Verilən məlumata görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Hadisəni törədən şəxsi isə polisin zərərsizləşdirdiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə mərhumlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib.

Digər bir məlumata görə, qatil evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

DİN-in əməliyyatı ilə bu silahlı insident arasında hansısa bir əlaqənin olub-olmadığı açıqlanmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG