Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 02:05

General Orucov vəzifədən azad edildi, oğlu saxlandı


Bakı, arxiv

Bakıda xuliqanlıq edən sürücü – bir gün öncə tutduğu yüyksək vəzifədən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucov saxlanılıb.

Baş Prokurorluğun yaydığı açıqlamaya görə, Rüstəm Orucov sürücülük hüququndan məhrum edilməsinə baxmayaraq iyulun 3-də idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.

“Buna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib”, - qurumun yaydığı məlumatda deyilir.

Baş Prokurirluq bildirir ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları yönündə istintaq-əməliyyat tədbirlərinin aparıldığı qeyd olunur.

Rüstəm Orucov bir neçə il öncə piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçıb. O 2014-cü ildə 4 il azadlıqdan məhrum edilib, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azadlığa braxılıb.

Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi general Novruzəli Orucovun oğludur.

Novruzəli Orucov prezidentin sərəncamı ilə tutduğu vəzifədən bir gün öncə - iyulun 11-də azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG