Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:34

Həkim yoxdursa, xəstəni necə ‘yola vermək’ olar? (VIDEO)


Əli Həsənov vəzifədən getdi- İctimai siyasət dəyişəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:10:09 0:00

Əli Həsənov vəzifədən getdi- İctimai siyasət dəyişəcəkmi?

İmişlinin Qaralar kəndindəki tibb məntəqəsi ümumilikdə beş min nəfərə xidmət üçün nəzərdə tutulub. Məntəqənin direktoru Süleyman Əsgərov deyir ki, bu uçuq-sökük bina 1962-ci ildən əhaliyə xidmət edir.

“Ambulator məntəqədir. Söz veriblər ki, tikiləcək, istifadəyə veriləcək…”

İmişli şəhər xəstəxanasının baş həkimi Eynulla Qasımov bildirir ki, rayonda həkim çatışmazlığı da var. Onun sözlərinə görə, hazırda rayonda 156 həkim yerindən az qala yarısı - 73-ü boşdur:

“Məsələn, cərrah 4-5 nəfər olmalıdır, bizdə cəmi ikisi var. İki ginekoloqumuz var, əslində isə dörd olmalıdır. Yola veririk. İnsanlar öz balalarını oxutmalıdırlar. Onlar da gəlib öz yerlərində, rayonda xidmət etməlidirlər, amma rayonda xidmət etməyə gəlmək istəmirlər çoxu…”

Eynulla Qasımov deyir ki, Səhiyyə Nazirliyi həkim çatışmazlığı probleminin həllinə vəd verib. İndi onlar nazirliyin yekun qərarını gözləyirlər.

Regionlarda tibbi sığortanın durumu necədir?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Ölkənin cənubunda Astara rayonunda da sakinlər cərrahiyyə əməliyyatı lazım olanda xəstələri paytaxta apardıqlarını deyirlər:

“Həkim çatışmazlığı olduğu üçün mərkəzə və başqa yerlərə üz tuturuq. Elə mənim özüm də burda mütəxəssis olmadığı üçün Bakı şəhərində müalicəyə getmişdim”.

Regionlarda həkim çatışmazlığı məsələsi noyabrın 25-də, Milli Məclisin plenar iclasında da müzakirə olunub.

Tərtərin deputatı Sahib Alıyev çıxış yolu təklif edib:

“Baxın Tərtərdə 40-dan artıq həkim çatışmır. Neçə ildir ki, rayonun mərkəzi xəstəxanasında anestezioloq və travmatoloq da yoxdur. Xatırladıram ki, söhbət cəbhə bölgəsindən gedir. Ona görə də mütəxəssislərin belə yerlərə getməsi üçün onlar ya pulsuz, ya da güzəştli şərtlərlə evlə təmin edilsələr, fikrimcə, bu cür problemlər həllini tapar”.

Regionlarda həkim çatışmazlığı və tibbi xidmətin yaxşılaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinin planları nədir? Gün ərzində nazirlikdən cavab ala bilmədik. Nazirliyin saytındakı xəbərlərdə deyilir ki, regionlarda səhiyyənin durumu yaxşılaşdırılır. Uroloq həkim Vasif İsmayıl hesab edir ki, icbari tibbi sığorta bu məsələləri yoluna qoya bilər:

“Səhiyyənin idarəetmə sistemi dəyişir, icbari tibbi sığorta sistemi gəlir, bu gün Saatlıdan olan mütəxəssis həkim üçün gəlib Bakıda oturmağa ehtiyac qalmayacaq, burdan qalxıb Saatlıya gedəcək, çünki ona həm maaş veriləcək, həm də xəstə sayına görə əlavə bonus da verilir”.

Son illər dalbadal hökumət icbari tibbi sığortanın növbəti il tətbiq oluncağını bildirir. Yenə də rəsmilər vətəndaşların gələn ilin sonuna qədər bütün ölkə boyunca tibbi sığortadan istifadə edəcəyini vəd verirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG