Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

Ermənistan statistikasına görə ölkə Azərbaycana elektrik ixrac edir


Ermənistanın statistikası Azərbaycana elektrik enerjisi ixrac etdiyini iddia edir.
Ermənistanın statistikası Azərbaycana elektrik enerjisi ixrac etdiyini iddia edir.

Ötən il 50 ölkə Azərbaycanla ticarət əlaqələrinin statistikasını açıqlayıb. BMT-nin beynəlxalq ticarətə dair statistika bölməsindəki (Comtrade-dəki) məlumatların Dövlət Gömrük Komitəsinin (DGK-nın) illik hesabatı ilə tutuşdurulması bir çox maraqlı faktı ortaya çıxarıb.

Milyardlarla dollarlıq qeyri-leqal dövriyyə

Ötən illərdə müstəqil ekspertlər Azərbaycanın xarici ticarət statistikasının əsas iqtisadi tərəfdaş ölkələrin təqdim etdiyi göstəricilərlə üst-üstə düşməməsi, əksər hallarda yerli gömrükdə idxalın çox vaxt süni şəkildə bir neçə dəfə azaldılması barədə korrupsiya ittihamlı və səs-küylü açıqlamalar veriblər. Bunlara birmənalı rəsmi reaksiya olub: «İttihamlar əsassızdır, ekspertlər beynəlxalq metodologiyadan xəbərsizdir, rəqəmlərdəki kənarlaşmalar normalara uyğundur». Söhbət bir neçə milyard dollarla ölçülən məbləğlərdən gedir. Məsələn, 3 il öncə iqtisadçı Qubad İbadoğlu demişdi ki, 2010-2012-ci illərdə Azərbaycan gömrüyündə 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarında 12,3 milyard dollarlıq mal qeydə alınmayıb.

Buna da bax:​ Türkiyə Azərbaycanla ticarətdə necə birinci yerə çıxıb?

Ekspert araşdırmalarını sonrakı illərdə də davam etdirib. Məlum olub ki, 2015-ci ildə Azərbaycanın Rusiya, Türkiyə və Gürcüstandan mal idxalında 1 milyard 589 milyon dollarlıq fərq yaranıb.

Vəziyyət yaxşılığa dəyişib

AzadlıqRadiosu 50 ölkənin Azərbaycana mal ixracına dair hesabatını yerli gömrüyün məlumatları əsasında müqayisə edib. Əsas ticarət tərəfdaşlarının böyük əksəriyyətinin (Türkiyə, Almaniya, Böyük Britaniya, ABŞ, Fransa, Çex Respublikası, İtaliya, Yaponiya və s.) təmsil olunduğu bu siyahıya görə, ixracatçı ölkələrin təqdim etdiyi rəqəmlərin toplam göstəricisi Azərbaycan gömrüyünün açıqladığı göstəricidən heç də çox deyil. İxracatçılar Azərbaycana 4 milyard 752,2 milyon dollar dəyərində mal göndərdiklərini bəyan edirlər. Azərbaycan gömrüyünə «güzgü tutduqda» bu göstəricinin 4 milyard 876,4 milyon dollar olduğu məlum olur. Əvvəlki illərdə belə bir hal müşahidə edilməyib.

Buna da bax:​ İxrac göstəricilərində nə var, nə yox...

Ermənistan Azərbaycana elektrik enerjisi ötürür?

«Güzgü statistikası»nın təhlili başqa nüansları da üzə çıxarıb. Məsələn, Ermənistanın statistika qurumu artıq neçənci ildir ki, bu ölkənin Azərbaycana elektrik enerjisi ixrac etdiyini iddia edir. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu məlumatı qətiyyətlə yalanlayır. Ermənistan ötən il Azərbaycana 2 milyon 263,8 min dollar dəyərində elektrik enerjisi ötürdüyünü Comtrade-ə də bildirib.

Ermənistanın statistikası Azərbaycana elektrik enerjisi ixrac etdiyini iddia edir.
Ermənistanın statistikası Azərbaycana elektrik enerjisi ixrac etdiyini iddia edir.

Comtrade: «Braziliya Azərbaycana xam şəkər göndərmir»

Braziliya ilə ticarət statistikası digər ilginc məqama işıq salır. Azərbaycan şəkər istehsalı üçün xam şəkəri bu ölkədən gətirir. Di gəl, iki ölkənin idxal-ixrac göstəricilərində dərin uçurum diqqət çəkir. Belə çıxır ki, Braziliya Azərbaycana xam şəkər göndərmir. Bu ölkənin rəsmi xarici ticarətinə dair məlumatlarda bu haqda bir şey deyilmir. Azərbaycanın Braziliyadan toyuq, mal və donuz əti, alüminium oksidi və başqa məhsullar gətirdiyi barədə məlumatlar təsdiqini tapır. DGK-nın məlumatlarına görə isə, 2014-2016-cı illərdə Braziliyadan toplam dəyəri 453 milyon dollarlıq xam şəkər gətirilib.

Buna da bax: Elektrikə görə, mazut rüsumdan azad olunur

Braziliya Azərbaycana xam şəkər göndərmir.
Braziliya Azərbaycana xam şəkər göndərmir.

«Güzgü» daha nə göstərir?

Bəzi ölkələrlə ticarətdə uyğunsuzluqlar yenə də qalır. Honqkonq ötən il Azərbaycana 20,7 milyon dollarlıq mal göndərdiyini, Azərbaycansa 950 min dollarlıq mal qəbul etdiyini açıqlayıb. İsraildən Azərbaycana 260 milyon dollar dəyərində göndərilən malların cəmi 15,6 milyon dolları yerli gömrük orqanının rəsmi hesabatında əksini tapıb.

Bir çox iri tərəfdaşlarla ticarətin həcmi baxımından kənarlaşmalarsa elə böyük sayılmamalıdır. Məsələn, Türkiyə (1 milyard 285,8 milyon dollar), Birləşmiş Krallıq (530,5 milyon dollar) və Qazaxıstanın (106,4 milyon dollar) ixrac göstəricisindən Azərbaycanın rəsmi idxal məlumatları, müvafiq olaraq, 8,8; 7,1 və 4,7 faiz artıqdır. Bəzi ölkələrlə isə (ABŞ, Norveç, Yaponiya, Fransa, İsveç, Rumıniya və s.) Azərbaycanın idxal göstəriciləri ixracatçılara nisbətdə daha yüksək rəqəmlərlə ifadə olunur.

Buna da bax:​ Nemət Əliyev: 'İsrafçılıq talan səviyyəsinə yüksəlib'

İnhisarçılıq və korrupsiya cilovlanıb?

DGK-nın məlumatına görə, ötən il Azərbaycanın mal idxalının toplam həcmi 8 milyard 532,4 milyon dollar olub. Bu, əvvəlki ilin göstəricisindən 9,9 faiz azdır.

Hökumət gömrükdə aparılan islahatlar sayəsində idxal-ixrac əməliyyatlarının şəffaflaşdığını, süni maneələrin aradan qalxdığını bildirir. Bir çox ekspertin də fikrincə, iqtisadi böhran hökumətin gömrükdə əvvəlki illərdə müşahidə olunan inhisarçılıq və korrupsiyanı ciddi şəkildə cilovlamasına yol açıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG