Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 03:21

Elektrikə görə, mazut rüsumdan azad olunur


Mazut (arxiv fotosu).

Martın 25-dən elektrik enerjisinin istehsalından ötrü Azərbaycana idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu qayda 9 ay müddətində, 2018-ci il yanvarın 1-nə kimi qüvvədə olacaq.

Nazirlər Kabineti “Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına bir ay əvvəl dəyişiklik edib.

Dəyişiklik martın 25-də qüvvəyə minəcək.

Buna da bax:​ İdxal azalıb, ixrac artıb – Gömrük Komitəsi

Qərara əsasən, Azərbaycanın 2017-ci il yanacaq-enerji balansına uyğun, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı məqsədi ilə idxal olunan mazut gömrük idxal rüsumundan azad olunur.

Nazirlər Kabineti sözügedən dəyişikliyi Dövlət Neft Şirkətinin ölkədə elektrik enerjisinin istehsalında yanacağa olan tələbatı ödəmək məqsədi ilə irəli sürdüyü təşəbbüs əsasında qəbul etmişdi.

Buna da bax: Nemət Əliyev: 'İsrafçılıq talan səviyyəsinə yüksəlib'

Xatırlatma

Ötən ilin sonunda Azərbaycanda enerji daşıyıcıların qiymətləri artırılıb.

Tarif Şurası noyabrın 28-də belə qərar vermişdi.

Həmin qərara görə, əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edir. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minib.

Qərara əsasən, aylıq məsrəf 250 kVt/saat elektrikə görə qiymət 7 qəpikdir. Bundan artığı ötən il dekabrın 1-dən 11 qəpikdən hesablanır.

Buna da bax:​ Hökumət 5 qəpiklik qazı 20 qəpiyə satacaq

Sonradan təbii qazda limit 1500 kubmetrdən 1700 kubmetrə, enerjisi istehlakı üzrə isə 250 kilovat-saatdan 300 kilovat-saatadək artırıldı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG