Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:48

Nemət Əliyev: 'İsrafçılıq talan səviyyəsinə yüksəlib'


Nemət Əliyev

«Büdcədən maliyyələşən müəssisə və təşkilatlar 2016-cı ildə 2 milyard kilovat/saatdan çox elektrik enerjisi istifadə ediblər. İnandırıcı görünmür, ancaq rəsmi məlumatlara görə, bu belədir».

İqtisadçı Nemət Əliyev büdcə təşkilatlarında israfçılığın olması haqda şərhində belə qeyd edib. O hesab edir ki, büdcə təşkilatlarında israfçılıq talan səviyyəsinə yüksəlib.

«Büdcədən maliyyələşən təşkilatların bir ildə istifadə etdiyi elektrik enerjisi 1990-cı ildə 7 milyonluq əhalinin bir illik istehlakından 2 dəfə çoxdur. 1990-cı ildə əhalinin enerji problemi olmayıb - bir milyard kilovat/saat elektrik enerjisi hesabına hətta indi işğal altında olan Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da daxil olmaqla, respublikanın bütün kəndlərini, rayon mərkəzlərini, şəhərləri gecə-gündüz işıqlandırmaq mümkün olub», - iqtisadçı vurğulayıb.

N.Əliyev büdcə təşkilatlarının istehlak səviyyəsinin 2015-ci ilə nəzərən ötən ildə artdığını ifadə edib: «Ötən il 200 milyon kilovat/saat və ya 11 faiz çoxalma olub. Halbuki, son 10 ildə büdcə təşkilatlarının elektrik enerjisindən istifadə səviyyəsi hər il orta hesabla 83 milyon kilovat/saat artıb. Deməli, ötən ilin artımı son 10 ilin orta illik artım göstəricisini 2.4 dəfə üstələyib. Əgər dövlət büdcəsində elektrik enerjisi üçün 2015-ci ildə 109 milyon manat vəsait ödənilmişdisə, 2016-cı ildə bu, 137 milyon manata çatıb».

İqtisadçı vurğulayıb ki, dövlət maliyyə vəsaitlərinə qənaət etməyin çox vacib olduğu bir dövrdə dəyəri milyonlarla ölçülən israfçılıq qəti yolverilməzdir. «Bunun adı cinayətdir. Bu gedişlə tənəzzülü durdurmaq olmaz», - əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG