Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:03

Azərbaycanda xam neft ixracı azalıb.

Dövlət Gömrük Komitəsinin rəsmi bilgilərində belə yazılır.

Həmin bilgilərə görə, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan 3 milyon 400 min 474 tondan artıq xam neft ixrac edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə xeyli azdır. 2016-cı ilin iki ayında 3 milyon 735 min 594 ton xam neft ixrac olunmuşdu.

Neft məhsullarının ixracında azalma daha böyük olub.

2017-ci ilin ilk iki ayında Azərbaycan cəmi 118 min tona yaxın neft məhsulları ixrac edib. Halbuki, 2016-cı ilin yanvar-fevral aylarında 33 min 557 tondan artıq neft məhsulları ixrac olunmuşdu.

ÇAY, ŞƏKƏR, PAMBIQ İXRACI DA AZALIB

Bu ilin əvvəlində çay, şəkər, pambıq ipliyin ixracında da azalma qeydə alınıb. Yanvar-fevral aylarında cəmi 180 ton çay ixrac edilib. Ötən il bu göstərici 206 tondan artıq olmuşdu.

Şəkər ixracı isə ötən illə müqayisədə 10 min 366 tondan 4 min 128 tona düşüb.

Pambıq ipliyinin ixracı min tondan azacıq artıq olub. Ötən il isə 1375 tondan artıq pambıq ipliyi ixrac edilmişdi.

ELEKTRİK ENERJİSİ, TƏBİİ QAZ İXRACI İSƏ ÇOXALIB

Bəzi ixrac mallarında artım da qeydə alınıb.

Elektrik enerjisi, təbii qaz, meyvə-tərəvəz bu sıradadır.

Elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 837 min kilovat-saatdan 74 milyon 816 min kilovat-saatadək artıb.

Təbii qaz ixracı da 256 milyon 197 min kubmetrdən 326 milyon 719 min kubmetrə qədər çoxalıb.

Yanvar - fevralda ixrac edilmiş meyvə-tərəvəzin həcmi 38 min tondan çox olub. Ötən ilin həmin dövründə bu məhsulların ixrac həcmi 23 min 369 ton olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG