Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Məhbuslara işgəncə verilməsinin görüntüləri yayılıb


-

Dəhşət dolu görüntülər Ukrayna saytında yayılıb. Materiala belə bir başlıq da qoyulb: “İslahatçılar (Mikheil Saakashvili və onun komandası nəzərdə tutulur) insanlardan ifadə almaq üçün onları belə ələ salır”.

Videokadrlar dərhal gürcü mediasında geniş yayılıb. Məsələyə baş prokurorluq da qarışıb.

ÇƏLLƏKDƏ TAPILAN VİDEOKASETLƏR

Bu görüntülərin əks olunduğu videokasetləri hüquq-mühafizə orqanları iki il əvvəl plastmas çəlləyin içindən tapmışdı. O vaxtdan istintaq başlayıb. Araşdırmalar indiyə qədər davam edir. Amma bu görüntülər indi birdən-birə medianın əlinə neçə keçib, bu məlum deyil.

Hakim “Gürcü Arzusu” Partiyası bu işdə əli olmadığını bildirib. Ancaq fakt odur ki, sabiq hakim partiyaya qarşı kompramatın KİV-ə ötürülməsi Amerikanın Milli Demokratiya İnstitutunun siyasi partiyaların reytinqini açıqlamasından dərhal sonraya təsadüf edib. MDİ-nin məlumatına görə, hazırda seçicilərin cəmi 11 %-i hakim partiyaya təkrar səs vermək fikrindədir. Bu göstərci hətta Saakashvilinin rəhbərlik etdiyi Milli Hərəkatın yığa biləcəyi 13%-dən də azdır.

MƏQSƏD NƏDİR?

Anna Natsvlishvili
Anna Natsvlishvili

Gənc Hüquqşünaslar İttifaqından Anna Natsvlishvilinin fikrincə, sözü gedən video Ukrayna saytında məhz hazırkı gürcü hakimiyyətinin təşəbbüsü ilə yayılıb. Məqsəd də seçki öncəsində ictimai fikri manipulyasiya etməkdir:

“Dəhşətli zorakılıq kadrlarının açıq nümayiş etdirilməsi hüquq müdafiə təşkilatlarının etirazına səbəb olub. Görüntülərdə əks olunan cinayətdə əli olan hər kəsin cəzalandırılmalı olduğu heç kimdə şübhə doğurmur. Zorakılığa məruz qalmış şəxslərin şərəf və ləyaqətini alçaldan materialların açıq şəkildə nümayişinə qarşı hüquq-mühafizə orqanları niyə heç bir tədbir görmür?”

Xalq müdafiəçisi Ucha Nanuashvili deyir ki, bu kadrların Ukrayna saytında necə peyda olduğunu mütləq araşdırıb, bu işdə əli olanları tapıb cəzalandırmaq lazımdır:

“Seksual zorakılıq və işgəncə səhnələrinin nümayişinin birbaşa rayon administrasiyasının rəhbərlərinin təşkil etməsi özü biabırçılıqdır”.

Gürcüstanın baş prokurorluğu qalmaqallı video ilə bağlı rəsmi məlumat yayıb. Zorakılığı əks etdirən görüntülərin nəşri və yayılması faktı ilə bağl cinayət işi açıldığını bildrib.

XS
SM
MD
LG