Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 18:16

Gürcüstanda etirazlar, gərginlik artır


Tbilisidə etiraz aksiyası, 22 oktyabr, 2015-ci il

-

Oktyabrın 22-də Gürcüstan paytaxtı Tbilisidə yüzlərlə etirazçı hökumətə qarşı nümayişə çıxıb. Səbəb onların dediyi kimi, hökumətin ölkənin ən böyük və populyar televiziya kanalını susdurmağa çalışmasıdır.

Hazırda Rustavi 2 televiziyasına nəzarət uğrunda hüquqi savaş gedir. Hökumət bu telekanalı müxalifətin ruporu olmaqda ittiham edir. Etirazçılar isə mətbuat azadlığının boğulduğunu düşünür.

Etirazçılar ““Rustavi 2 TV”dən əlinizi çəkin”, “Rustavi 2 xalqa məxsusdur” plakatları qaldırıblar.

Prezident Giorgi Margvelashvili televiziya çıxışında sakitliyə çağırıb.

ATƏT xəbərdarlıq edib ki, televiziya stansiyası ilə keçmiş sovet hökumətinə yaxın biznesmenin televiziyaya sahiblik uğrunda mübarizəsi media azadlığına zərbə vura bilər.

Məhkəmə avqustda televiziyanın hesablarını dondurub. Səbəb biznesmen Kibara Khalvashi-nin şəbəkəni yenidən ələ keçirmək məqsədilə məhkəmə iddiası qaldırması olub. Daha öncə biznesmen bu televiziyadakı payını satmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG