Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Güclü külək bir nəfərə xəsarət yetirib


Bakıda güclü küləyin fəsadları, arxiv foto

İyulun 12-si günortadan sonra başlayan və hələ də davam edən güclü külək paytaxtda fəsadlara səbəb olub.

Səhiyyə nazirliyindən verilən məlumata görə Yeni Günəşli yaşayış massivində küləyin aşırdığı dəmir qapı yaxınlıqdan keçən qadının üstünə düşüb. Xəsarət alan qadın 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Bitkiləri Mühafizə İdarəsinin rəhbəri Orxan Məmmədovun sözlərinə görəsə, külək Bakının müxtəlif rayonlarında 15-ə qədər ağacın kökündən çıxarıb, bəzilərinin isə iri budaqlarını qoparıb.

“Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində bir ağac küləyin təsirindən aşaraq üç avtomobilin üzərinə düşüb”, - Orxan Məmmədov bildirir.

Dolu düşüb

Tovuz rayonuna düşən dolu, sakinlərin çəkdiyi foto, 14 iyun 2017
Tovuz rayonuna düşən dolu, sakinlərin çəkdiyi foto, 14 iyun 2017

​İyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöl rayonlarına dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin açıqlamasında deyilir.

Göygöl və Hacıkənddə diametri 15 mm, Gədəbəydə diametri 11 mm, Gəncədə isə xırda dənəli dolu düşdüyü bildirilir.

Paytaxt daxil olmaqla ölkənin müxtəlif bölgələrində külək əsir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,7 metrə çatıb.

Departament xəbərdarlıq edir ki, iyulun 13-ü axşam və 13-dən 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv yağış yağacağı gözlənilir, dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG