Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 15:12

Gəncə-Bakı təyyarə reysi yenidən bərpa olunur


Azərbaycan hava yollarına məxsus sərnişin təyyarəsi

Bir müddət öncə bağlanmış Gəncə-Bakı-Gəncəı təyyarə reysi yenidən bərpa olunur.

APA-nın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.

Həftədə 4 dəfə (bazarertəsi, çərşənbə, cümə və bazar) olmaqla, uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

AZAL-ın sözçüsü Paşa Kəsəmənski "Report"a deyib ki, daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən olunub.

AZAL cari il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar vermişdi. Şirkət bunu uçuşların gəlirli olmaması ilə izah etmişdi.

XS
SM
MD
LG