Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Gen redaktəsi məhsul artımına gətirəcək


Alimlər yeni geni bitkinin DNT-sinə daxil etmək üçün «tüfəng» üsulundan yararlanırlar
Alimlər yeni geni bitkinin DNT-sinə daxil etmək üçün «tüfəng» üsulundan yararlanırlar

Çörək və şokolad amerikalıların gündəlik qida rasionunda mühüm yer tutur. Kaliforniyada bir qrup alim bu iki qida növünün hazırlandığı bitkilərin mümkün qədər çox məhsul verməsi üzərində işləyir. Onlar zərərvericilərə daha davamlı növlərin yetişdirilməsi üçün CRISPR adlı yeni ixtira edilmiş gen redaktəsi alətindən yararlanırlar.

CRISPR bakteriya müdafiə sisteminin bir xüsusiyyətidir. Mikroblar ondan molekulyar qayçı kimi istifadə edərək yoluxduqları virusu öz DNT-lərindən «kəsib atırlar».

Cəmi bir nəsildən sonra

Kaliforniyanın Berkli şəhərində yerləşən İnnovativ Genomika İnstitutunun alimləri CRISPR-in köməyi ilə bitki DNT-sini manipulyasiya etməyə çalışırlar. Direktor Susan Jenkins deyir ki, bu üsul digər bitki transformasiyası üsullarına nisbətən o qədər sürətli və dəqiqdir ki, yeni bitki növlərinin yaradılması imkanlarını illərlə, bəlkə də on illərlə yaxınlaşdıracaq.

«CRISPR bizə ...bu dəyişiklikləri etmək imkanı verəcək və cəmi bir nəsildən sonra bitki istədiyimiz xüsusiyyətlərə malik olacaq», – o deyir.

Ancaq Jenkins-in sözlərinə görə, CRISPR bitkilərin yetişdirilməsini sürətləndirsə də, sehrli çubuq deyil. Bitkini dəyişdirmək üçün çox iş görmək lazımdır. Alim institutun məhsulu 50%-dək azalda bilən pas göbələyinə davamlı buğdanın yetişdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Bundan ötrü alimlər öncə buğdanı pas göbələyinə həssas edən geni aşkarlamalı olublar. Daha sonra həmin geni ləğv etmək üçün CRISPR-dən yararlanıblar. Bu gen «kəsilib atıldığına» görə daha bitkiyə yad material əlavə edə bilmir.

ABŞ Kənd Təsərrüfatı Agentliyinin (USDA) ötən həftə çıxardığı qərara görə, artıq buna bənzər gen dəyişmə metodlarından ötrü dövlətdən icazə almağa ehtiyac olmayacaq.

CRISPR-in kənar genetik materialı buğdanın DNT-sinə buraxmaması xüsusiyyəti başqa sahələrdə də istifadə oluna bilər. Bəllidir ki, əksər ənənəvi GMO üsullarında bitkilərin genlərinə digər canlılardan götürülmüş genetik material əlavə edilir. Ancaq bu üsulun sayəsində bunu önləmək mümkün olacaq. Amma standart GMO üsullarında alimlər yeni geni bitkinin DNT-sinin müxtəlif yerlərinə daxil etmək üçün «tüfəng» üsulundan yararlanırlar. Bundan sonra onlar hansı variantın daha sağlam bitki yetişdirməyə daha yararlı olduğunu müəyyən edirlər. CRISPR üsulu isə alimlərə konkret bir geni DNT-nin konkret nahiyəsinə yeritmək imkanı verir. CRISPR bu sahəyə dəqiqlik gətirir.

Bir ilə bu virusa davamlı kakao ağacları

«Cas9» adı ilə tanınan bakteriya geni bakteriyaların DNT-sindən virusları «kəsib ata» bilir. İnstitutun alimləri ondan Qərbi Afrikada kakao ağaclarını yoluxduran viruslara qarşı istifadə etmək istəyirlər.

İnstitut artıq bir il içində bu virusa davamlı kakao ağacları yetişdirməyi planlaşdırır. İnstitutun elmi direktoru Brian Staskawicz bunun çox böyük sürət olduğunu deyir.

Staskawicz hesab edir ki, kakao ağaclarının DNT-sinin modifikasiya edilməsi texniki nöqteyi-nəzərdən çox maraqlı layihədir, çünki kakao ağaclarını klonlaşdırmaq və genetik dəyişikliyə məruz qoymaq son dərəcə çətindir.

Staskawicz deyir ki, CRISPR kimi daha sürətli bitki yetişdirmə üsullarına ehtiyac var.

«Çünki biz mütləq qazanmalı olduğumuz yarışdayıq. Çünki Yer kürəsinin 7.3 milyard əhalisi var. 2050-ci ilədək planetdə 9 milyard insan yaşayacaq. Hesablamalara görə, dünya əhalisinə yemək çatdırmaq üçün qida istehsalını 70% artırmalıyıq», – o deyir.

CRISPR bu məqsədlərə çatmağa kömək edə bilər. Staskawicz və komandası cəmi 10 ildən sonra CRISPR-in bir çox qidaların, o cümlədən çörək və şokoladın da tərkibində olacağına ümid edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG