Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:05

Rahim Hacıyevin imtina məktubu qəbul edilmədi


"Azadlıq" qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev

"Azadlıq" qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyevin qəzetin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi üzrə istintaqdakı ifadəsindən imtina məktubunu məhkəmə qəbul etməyib.

Bu haqda Səbail Rayon Məhkəməsində Faiq Əmirlinin işinə baxan hakim Aytən Əliyeva bildirib.

İyulun 12-də keçirilən məhkəmədə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev həm Rahim Hacıyevin, həm də qəzetin əməkdaşı Xəyal Babayevin ifadələrindən imtina məktublarını yazılı şəkildə hakimə təqdim edib. Ötən iclasda vəkil demişdi ki, həmin məktublar məhkəmənin elektron ünvanına da göndərilib.

Buna da bax:​ 'Azadlıq' qəzetindən 10 min manat təzminat tələb olunur

Həmçinin "Azadlıq"ın baş redaktoru Qənimət Zahid də qəzetlə bağlı bütün təşkilati və maliyyə məsələlərinə görə qərar vermək səlahiyyətinin yalnız ona aid olması haqda məhkəməyə məktub göndərib.

Hakim məktubların heç birini qəbul etməyib. Bildirib ki, məktublar ya faks, ya da teleqramla göndərilməlidir.

Adları çəkilən şəxslər hazırda mühacirətdədir. Rahim Hacıyev Xəyal Babayev istintaqda ifadənin təzyiq altında alındığını əsas gətirərək, həmin ifadələrdən imtina edirlər.

Faiq Əmirlinin işi üzrə təxminən 30-a qədər şahid haqqında məcburi gətirilmə qərarı çıxarılmasına baxmayaraq, onlar yenə məhkəməyə gəlmirlər. Vəkil şahidlərin gəlməməsi üzündən dəfələrlə məhkəmənin təxirə salınması, nəticədə prosesin uzadılmasına etiraz edib. Müdafiəçi hakimdən müvafiq addımların atılmasını istəyib.

Buna da bax: 'Azadlıq'ın baş redaktor müavini prokurorluqda dindirilib

Bu dəfə də şahidlər gəlmədiyindən məhkəmə iyulun 14-nə təxirə salınıb.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

Buna da bax:​ Faiq Əmirlinin məhkəməsində 2 manatlıq elan söhbəti

F.Əmirliyə verilmiş bəzi ittihamlar isə məhkəməsi öncəsi götürüldü. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG