Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 00:53

'Azadlıq'ın baş redaktor müavini prokurorluqda dindirilib


Rahim Hacıyev

"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev dekabrın 29-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Bu barədə AzadlıqRadiosu-na Rahim Hacıyev məlumat verib.

Rahim Hacıyev bildirib ki, onu “Azadlıq”ın həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi üzrə istintaq çərçivəsində dindiriblər. Vəkil Yalçın İmanovun da iştirakı ilə keçirilən dindirmə təxminən bir saat çəkib.

Buna da bax:​ Rahim Hacıyev: 'Hər şey ola bilər, həbs də istisna edilmir'

“Əsasən, qəzetin fəaliyyəti ilə bağlı müəyyən sualları cavablandırdım. Qanunvericiliyin tələbinə görə, dindirmənin detalları haqda ətraflı danışa bilmərəm”, – Rahim Hacıyev bildirib.

Rahim Hacıyev Faiq Əmirlinin işi üzrə istintaqda sentyabrda da dindirilmişdi. Onunla yanaşı, "Azadlıq"ın bir sıra başqa əməkdaşları da Faiq Əmirlinin işi üzrə istintaqa şahid qismində cəlb olunub. Amma onlara Faiq Əmirliyə verilmiş ittihamlar yox, qəzetin fəaliyyəti, xüsusən maliyyə məsələlərilə bağlı suallar verilib.

Buna da bax: 'Hansı mətbuat orqanı 'Azadlıq' qədər repressiyalara məruz qalıb?'

F.Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (milli, irqi, dini düşmənçilik salmaq) 283-2-ci maddəsilə ittiham irəli sürülüb. Avqustun 22-də isə 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq) ittiham verilib. İstintaq orqanı onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Buna da bax:​ Faiq Əmirlinin işi Avropa məhkəməsində

Türkiyə hökumət rəsmiləri iyulun 15-də ölkələrində baş verən çevriliş cəhdini Fethullah Gülenin himayə etdiyini bildirir. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Gülen isə bu iddiaları yalanlayıb.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir. Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Multimedia

XS
SM
MD
LG