Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:10

'Azəri-Çıraq-Günəşli' üzrə yeni saziş imzalandı


“Azəri-Çıraq-Günəşli” bloku ilə bağlı saziş imzalanmasına aid tədbir
“Azəri-Çıraq-Günəşli” bloku ilə bağlı saziş imzalanmasına aid tədbir

Bu gün, sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” (AÇG) bloku ilə bağlı saziş imzalanmasına aid tədbir keçirilir.

Prezident: ‘Bu kontraktlar daha yaxşı şərtlərlə imzalanır’

APA-nın xəbərinə görə, dövlət başçısı İlham Əliyev tədbirdə çıxış edib. O, deyib ki, neft kontraktlarının imzalanması öncəsi Azərbaycanda anarxiya yaşanırdı. Prezident buna görə, 1992-93-cü ildə hakimiyyətdə olan AXC-ni növbəti dəfə tənqid edib:

“1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayıb, Ermənistan torpaqların böyük hissəsini işğal etdib və belə ağır vəziyyətdə xalq Heydər Əliyevi dəvət edib”.

Buna da bax:​ SOCAR yeni sazişdə payını iki dəfədən çox artırır?

Dövlət başçısı deyib ki, o dövrdə xarici investorları cəlb etmək tarixi nailiyyət idi və bu, böyük məharət tələb edirdi.

Prezident vurğulayıb ki, indi Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir:

“Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında "Əsrin müqaviləsi"nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə "Əsrin müqaviləsi" yaradıb”.

Buna da bax:​ 'Neft müqavilələri niyə gizli müzakirə olunmalıdır?' -Mətbuat icmalı

Dövlət başçısı yeni saziş imzalandıqdan sonra onun Azərbaycana verəcəyi faydalara da toxunub:

“Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır".

Dövlət başçısı əlavə edib ki, bu gün imzalanacaq müqavilənin ölkəyə böyük əhəmiyyəti var:

"Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək”.

Buna da bax:​ 'Azəri-Çıraq-Günəşli'nin gəliri artıb

İ.Əliyev deyib ki, "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Amma ehtiyatlar proqnozları üstələyib, hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

Baş nazirdən təbrik məktubu

Tədbirdə Böyük Britaniyanın baş naziri Tereza Mey-in (Theresa May) təbrik məktubu da oxunub.

Alan Duncan
Alan Duncan

Baş nazirin məktubunu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan (Alan Duncan) oxuyub.

Buna da bax:​ 'Xarici borcu bizdən sonrakı nəsillər ödəməli olacaq' - Media icmalı

Baş nazir təbrikində imzalanan bu sazişi Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsi adlandırır:

"Azərbaycan müstəqillik qazandıqdan sonra “Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. 2020-ci ildə isə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Mən üzr istəyirəm ki, bu sazişin imzalanması mərasimində - Bakıda ola bilmirəm. Ancaq əminəm ki, bu kontrakt əməkdaşlığımızı daha da gücləndirəcək”.

BP prezidenti: “Bu tərəfdaşlığın yeni səhifəsini açacaq”

“Əsrin müqaviləsi" Heydər Əliyevin əməyinin bəhrəsidir, yeni həyat məhz o dövrdən başladı”.

Buna da bax:​ Azərbaycan nefti 57 dollara yaxınlaşır

APA-nın xəbərinə görə, bunu mərasimdə çıxış edən BP prezidenti Robert Dadli (Bob Dudley) bildirib.

Bob Dudley
Bob Dudley

R. Dadli vurğulayıb ki, bu, tərəfdaşlığın yeni səhifəsini açacaq:

“Biz saziş çərçivəsində 40 milyarddan çox sərmayə qoyaraq əməkdaşlığımıza davam edəcəyik. Biz bu günlərdə böyük əhəmiyyət daşıyan "Xankəndi" gəmisini istismara verdik. Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz nəhəng platformalarla, gəmilərlə bitmir. Biz təhsilə də dəstək verir, bu sahədə layihələr həyata keçiririk. Eyni zamanda regionlarda biznesə dəstək verməklə icmaların inkişafını dəstəkləyirik. Biz Azərbaycan Milli Olimpiya Komitələrinə də dəstək veririk. Bizim əməkdaşlıq uğurla davam edəcək”.

Buna da bax:​ Bakı-Tbilisi-Qars-ın oktyabrda açılacağı deyilir

Saziş imzalandı

Sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilən və yenidən tərtib olunan sazişi (PSA) imzalanıb.

Xəbərə görə, sazişi BP, SOCAR, "Chevron", "Inpex”, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." (OVL) şirkətlərinin rəhbərləri imzalayıblar.

Sazişin şərtləri açıqlanıb

Sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilən və yenidən tərtib olunan sazişi (PSA) imzalanıb.

Buna da bax:​ 'Şahdəniz'də hasilat dayandırılıb

APA-nın xəbərinə görə, saziş bundan sonra Milli Məclisdə ratifikasiya olunmalıdır.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin yenə operatoru olacaq.

Sazişin bir hissəsi kimi SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd.-dan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37, AzACG (SOCAR) - 25, “Chevron” - 9,57, "Inpex" - 9,31, "Statoil" - 7,27, "ExxonMobil" - 6,79, TPAO - 5,73, "Itochu" - 3,65 və "ONGC Videsh Limited (OVL)" - 2,31 faiz.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi'nin maliyyələşdirilməsi araşdırılır

Əvvəlki şərtlər

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. Layihəyə qatılanlar bunlar idi: BP (35.78 faiz), “Chevron” – (11.27 faiz), “ExxonMobil” (8.0006 faiz), “ONGC Videsh Limited” (2.72 faiz), “Inpex” (10.96 faiz), “Itochu“ (4.3 faiz), SOCAR (11.65 faiz), “Statoil” (8.56 faiz), TPAO (6.75 faiz).

Azərbaycan indiyə kimi bu blokun istismarından 130 milyard dollara yaxın vəsait əldə edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG