Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 12:53

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiymətinin 0,02 dollar bahalaşdığı bildirilir. İndi “Layt” markalı neftin 48,25 dollara satıldığı açıqlanıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiymətinin isə 0,11 dollar ucuzlaşdığı deyilir. Bu markalı neftin də hazirda 54,16 dollar təşkil etdiyi bildirilir.

Buna da bax:​ Prezident: “7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar artırmışıq”

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,04 dollar bahalaşıb. İndi Azərbaycan “qara qızıl”ı 56,90 dollara satılır.

Azərbaycan neftinin “qızıl” dövrü 2008-ci ildə yaşanıb. Onda “AzəriLayt” markalı neftin bir barreli 149 dollara yüksəlmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG