Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:50

'Azəri-Çıraq-Günəşli'nin gəliri artıb


Xəzərdə neft platforması.

Dövlət Neft Fondu (DNF) «Azəri-Çıraq-Günəşli» (AÇQ) yataqlar blokundan bu ilin martın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

Fonddan verilən məlumata görə, bu ilin 2 ayında AÇG yataqları üzrə fond 993 milyon ABŞ dolları gəlir əldə edib.

Ötən ilin eyni dövründə blokdan 820 milyon dollar gəlir götürülmüşdü.

Ümumiyyətlə, 2001-ci ildən etibarən cari ilin mart ayının 1-dək AÇG yataqlar bloku üzrə 123 milyard 102 milyon dollar həcmində gəlir əldə olunub.

«Azəri-Çıraq-Günəşli» blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanıb. Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz ), «ExxonMobil» (8 faiz), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz), «Inpex Corp.» (10.96 faiz), «ITOCHU Oil» (4.3 faiz), «Statoil» (8.56 faiz) və TPAO (6.75 faiz) şirkətləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG